Tovuzda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb

Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun İbrahim Hacılı kəndi ilə hərəkətdə olan "VAZ-2107" və "QAZ-31" markalı avtomobillər toqquşması nəticəsində 1979-cu il təvəllüdlü İbrahim Hacılı kənd sakini Elnur Zeynalov və 1962-ci il təvəllüdlü Möhtəbər Həsənov müxtəlif bədən xəsarətləri alıb.

Yaralılardan E.Zeynalovun ayağı, M.Həsənovun isə burnu sınıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Qusarda ölümlə nəticələnən yol qəzası baş verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar