Venesuela ABŞ ilə diplomatik əlaqələri kəsib

Venesuela prezidenti Nikolas Maduro ölkəsinin Birləşmiş Ştatlarla diplomatik əlaqələri kəsdiyini bəyan edib.

“Report” xəbər verir ki, onun sözlərini "El Nacional" nəşri sitat gətirib.

"Mən ABŞ-ın diplomatik korpusuna ölkəni tərk etmək üçün 72 saat vaxt verirəm", - deyə Maduro bildirib.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaydo özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

635x100

Şərhlər

miri 2019-01-24 08:16:39

Xalq "qırmızı köynək kondyiktor komandos"un "kislorod"un kəsib, bu isə qonşu ilə diplomatik əlaqəni. Deməli hesab "heç-heçə"))))))

Son yazılar