Rusiya «İskəndər» raketlərini Ukrayna sərhədinə cəmləyib - KİV

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya hakimiyyəti Ukrayna sərhədinin yaxılığında «İskəndər» raket kompleksləri yerləşdirib. Peyk çəkilişlərinə istinadla, bu barədə « Fox News  xəbər verib.

Kanal iddia edir ki, fotoşəkillər yanvarın 17-də Krasnodar diyarı üzərində çəkilib. «Image Sat International»ın ekspertləri dəqiləşdirirlər ki, raket kompleksləri Ukrayna sərhədinin 430 kilometrliyində yerləşir.

Bundan başqa, Rusiya guya, 4 «İskəndər» atıcı qurğusunu Monqolustan yaxınlığınakı Ulan-Udeəyə «tullayıb».

«Image Sat International»-da bu addımı Amerika Birləşmiş Ştatları (ABŞ) üçün bir siqnal, NATO-nun arqessiv siyasəti üçün isə cavab adlandırıblar.

Hələ 2016-cı ilin dekabrında xəbər verilmişdi ki, Rusiya Müdafiə Nazirliyi (MN) Kalininqrad vilayətində «İskəndər-M» raket kompleksi yerləşdirib. Qurğu orada daimi əsasla qalmaqdadır. Rusiyanın bu raketlərinin elan olunan zərbə radiusu 500 kilometr təşkil edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar