ABŞ ordusu Əfqanıstandan çıxsa nə baş verər? - Ekspertlər mümkün nəticələrdən danışırlar

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerikanın «RAND» tədqiqat korporasiyası proqnoz edir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbçilərinin Əfqanıstandan getməsinin ardınca, NATO qoşunları da ölkəni tərk edləcək. Bu isə Kabul hökumətinin zəifləməsinə, «Taliban»ın güclənməsinə və vətəndaş müharibəsinin qızışmasına gətirib çıxarar.

Dekabrın sonlarında «The New York Times» qəzeti xəbər verib ki, ABŞ prezidenti Donald Tramp Amerika hərbi kontingentinin yarısını Əfqanıstandan çıxarmaq qərarına gəlib. Hazırda bu kontingentin ümumi sayı 14 min nəfər təşkil edir.

Elə həmin ay Britanyanın «The Times» qəzeti Ağ Evin ABŞ kontingentini tam heyətdə Əfqanıstandan çıxarmağa hazır olduğunu xəbər verib.

Nəşrin məlumatına görə, Əfqanıstandan çıxmağın əvəzinə Vaşinqton «Taliban» qruplaşmasından Amerika bazalarını saxlamağı xəhiş edib. Bunda məqsəd isə digər bölgəsəl oyunçuların, o cümlədən, Rusiya və Çinin qarşısını almaqdan ibarətdir.

Tramp qoşunların Əfqanıstandan çıxarılması niyyətini çoxdan dilə gətirib. Bu barədə «RAND» Amerika tədqiqat korporasiyasının ekspertləri tərəfindən hazırlanmış hesabatda xatırladılır. Onlar proqnoz edirlər ki, ABŞ qoşunlarının bu ölkədən sürətli çıxışı Əfqanıstandan qaynaqlanan terror təhlükəsinin artmasına səbəb olacaq. ABŞ-ın getməsi həm də Vaşinqtonun bu müharibədə məğlubiyyəti demək olacaq ki, bu da Ameikanın nüfuzuna zərbə vuracaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar