ADT və Kanada da Quaydonu prezident kimi tanıdı

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dövlətləri Təşkilatında (ADT) Venesuela parlamentinin spikeri Xuan Quaydonun prezident andı içməsini şərh ediblər.

«Venesuela prezidenti kimi, Quaydoya bizim təbriklərimiz!» - deyə, ADT Baş katibi Luis Almaqro birdirib.

O, qeyd edib ki, təmsil etliyi təşkilat Quaydonu müvəqqəti lider kimi tanıyır və indi Venesuela «demokratiyaya qayıda bilər».

Kanada hakimiyyəti də Quaydonu Bolivarian respublikasının (Venesuela) prezidenti kimi qəbul etməyə hazırdır. Bu barədə Ottavadakı hökumət mənbələrinə istinadla, «Röyter» agentliyi xəbər verib.

Bundan əvvəl Quaydonun prezident kimi legitimliyini Ağ Evin başçısı Donald Tramp tanıyıb.

Quaydo müxalifətin ölkə paytaxtında keçirilən mitinqində özünü müvəqqəti prezident elan edib.

İkinci müddətə Venesuelanın prezidenti seçilmiş Nikolas Maduro hələlik hadisələrin belə axarına hər-hansı reaksiya verməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar