Suriya Təl-Əviv aeroportuna aviazərbə endirməklə hədələdi!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında Suriya Ərəb Respublikasının BMT-dəki daimi nümayəndəsi Bəşər əl-Cəfəri bəyan edib ki, əgər TŞ İsrailin Suriyaya zərbələr enlirməsinə reaksiya verməsə, Dəməşq də Təl-Əviv aeroportuna aviazərbə endirmək əmrini verə bilər.

Suriya XİN dövrü olaraq, BMT Baş katibindən İsrailin Suriyaya aviazərbələr endirməsini pisləməyi və zərbələri dayandırmaq üçün İsrailə təsir göstərmyi tələb edir.

Xatırladaq ki, bazar ertəsi gecəsi İsrail hərbə-hava qüvvələri (HHQ) İranın Suriyadakı silah anbarına və bir neçə RƏM batareyasına hücum edib. Bu batareyalar hücum edən İsrail təyyarələrinə atəş açıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar