«Hakimiyyəti parlament sədrinə təhvil ver!» - Vaşinqton Maduroya çağırış etdi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo Venesuela prezidenti Nikolas Maduronu hakimiyyəti müxalifətçi parlament sədri Xuan Quaydoya təhvil verməyə çağırıb.

Onun sözlərinə görə, ölkə vətəndaşları Nikolas Maduronun «katastrofik diktaturasından» əzab çəkməkdan yolulublar.

Vaşinqton Maduronu öz postundan getməyə və «Venesuela xalqının qanuni iradəsini təmsil edən liderə yol açmağa» çağırıb. Pompeo həm də bəyan edib ki, keçid hökuməti formaaşdırmaq məsələsində ABŞ Quaydonu dəstəkləyir. Bu hökumət azad və ədalətli seçkilər keçirməyə hazırlıq dövründə Venesuelanı idarə edəcək.

Bundan əvvəl məlum olub ki, Milli assambleyanın spikeri Xuan Quaydo özünü müvəqqəti dövlət başçısı elan edib. O, öz çıxışı zamanı vəd edib ki, həkimiyyətin qəsb edilməsinin qarşısını qan tökülmədən alacaq.

ABŞ prezidenti Donald Tramp isə artıq Quaydonu ölkənin keçid lideri kimi tanıdığını elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar