AŞPA söz azadlığından sui-istifadə hallarının qarşısını almağa çağırıb
Baxiş sayı:
Dərc olunub:
24/01/2019 - 09:59
Avropa Şurası Parlament Assambleyası (AŞPA) internet idarəçiliyi və insan hüquqlarına dair qətnamə qəbul edib.
“Report“un Qərbi Avropa bürosu xəbər verir ki, qətnamədə internetdə insan hüquqlarının qorunmasının təmin edilməsinin çox vacib olduğu bildirilir.
Qətnamədə tövsiyə edilir ki, internet və onun idarə edilməsi məsələsi dövlət siyasətinin əsasında duran məsələlərdən olmalıdır. Üzv ölkələr sosial şəbəkənin neytrallığını qorumağa, informatika cinayətinə qarşı qlobal mübarizə siyasətinə malik olmağa, söz azadlığından sui-istifadə edilmə hallarının qarşısını almağa dəvət olunurlar.
Daha əvvəl AŞPA ictimai media xidmətlərinə dair qətnamə qəbul edib.
Ölkə
Son yazılar
20:36
STRATEJİ UĞURUN PƏRDƏARXASI – Azərbaycan Rusiya hərbçilərini ölkədən çıxarmağa necə nail oldu?
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.