İsrail postsovet ölkələrinin diplomlarını tanımayacaq

İsrailin Səhiyyə Nazirliyi xaricdə təhsil almış həkimlərin lisenziyalaşması ilə bağlı qaydaları sərtləşdirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yalnız İqtisadi Əəmkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrin tibbi universitetlərini bitirənlər yaxud Ümumdünya Tibb Təhsili Federasiyasının akkreditasiyasını almış xəstəxanaların tibb məktəblərində oxuyanlar tibbi lisenziya lamaq üçün təsnifat imtahanlarına buraxılacaqlar.

“Yaxın vaxtlarda İsrail Rusiya, Ukrayna, Belarus, Molsova və digər postosovet respublikalarının (Baltikyanı ölkələr istisna olmaqla), həmçinin, Şərqi Avropanın Rumıniya, Bolqarıstan və Xorvatiya kimi ölkələrinin tibb diploamlarını tanımayacaq”-deyə İsrail Səhiyyə Nazirliyindəki mənbə açıqlayıb.

İsraildə tibbi lisenziyaların verilməsi ilə bağlı sərtləşmə 2017-ci ildə Ermənistanda tibbi və farmakoloji fakültələrdə saxta diplomaların verilməsi ilə bağlı qalmaqaldan sonra atılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar