Karakasda partlayışlarla müşayiət olunan toqquşmalar başlayıb - VİDEO

Venesuela paytaxtı Karakasda güclü partlayışlarla müşayiət olunan zorakı toqquşmalar baş verib.

"Report" xəbər verir ki, bu barədə Venesuelanın TVV telekanalı "Twitter"də məlumat verib.

"Petare bölgəsində güclü partlayışlar və körpüdə toqquşmalar olub", - telekanalın məlumatında deyilir.

Bir sıra KİV qumbara və gözyaşardıcı qazlı bombalar partladıldığını yazıb.

Son günlərdə baş verən etirazlar zamanı 218 nəfər saxlanılıb, azı 16 nəfər ölüb.

Qeyd edək ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo çərşənbə günü Karakasda keçirilən mitinq zamanı dövlət başçısı vəzifəsini icra etdiyini açıqlayıb.

635x100

Şərhlər

Restoran işlədən. 2019-01-24 10:50:29

Yüz faiz ABŞ-ın barmağı var.O barmağı tez sındırmaq lazımdır.

Son yazılar