Prezident Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib

Dərc olunub: 24/01/2019 - 11:02

90da9525-9639-4663-b4de-3332cb0b6404Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 24-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edib.

“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı institutun binasının rəmzi açılışını bildirən lenti kəsib.

Kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçısına görülən işlərlə bağlı məlumat verib.

Sonra Prezident İlham Əliyev aqrar inkişaf könüllüləri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.








loading...


Fikrinizi bildirin