“O saytlara heç müxalif də demək olmaz” - Hadı Rəcəbli

“Çalışırıq ki, bizə müraciət edən insanların problemlərini həll edək. Amma nə edəsən ki, bəzən saytlarda, sosial şəbəkələrdə haqq-nahaq müzakirələr açırlar, deputatların gördüyü müsbət işlər bəzi hallarda yaddan çıxır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli qeyd edib ki, parlamentin Əmək və sosial siyasət komitəsi ən ağrılı problemlərlə məşğul olur, sosial durumu aşağı olan aztəminatlı qrup insanlarla işləyir: “Məntiqli olaraq, problemlər də meydana çıxır. Bütün hallarda biz əhalinin qaldırdığı problem və məsələlərin həllinə müsbət yanaşırıq, eyni zamanda qayğı göstəririk və müraciətlərinə diqqətlə baxırıq. Prezident İlham Əliyevin mühüm sosial əhəmiyyət kəsb edən humanist təşəbbüsü ilə şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödənişin verilməsinin icrası ilə bağlı bəzi problemlər ortaya çıxdı. Narazı insanların qarşısına çıxdıq, söhbət apardıq. Humanist söhbətlərimizə baxmayaraq, bəzi hallarda saytlar - heç adına müxalif də demək olmaz - bunu yanlış təqdim etdilər. Həmin saytlar bizim işimizi başqa formada çatdırmağa çalışırdılar. Milli Məclisin rəhbərliyinə təşəkkür edirəm ki, onlar gərgin məsələlərin həllində hər zaman bizim yanımızda olublar”.

635x100

Şərhlər

Pensiyaçı 2019-01-24 12:07:19

Nadı müəllim,sizin deputat kimi hansı yaxşı,bəyəniləcək işin olub ki,sənə afərin desinlər?Təyin etdiyiniz müavinətlərlə,pensiyaların miqdarı ilə bir milyondan artıq illərlə işləyib zəhmət çəkən,dövlətə vergisini ödəyən insanları dilənçi kökünə salmısınız.Hələ utanmadan özünüzə hörmət istəyirsiniz.Əksinə Siz ösünüz Lənkəranda və Baklda nə qədər əmlaklara malik olmusunuz.Bu əmlakları maaşla əldə etmisiniz? Amma sənin yaramaz fəaliyyətindən əziyyət çəkən insanlar minimum yaşam imkanından məhrum etmisiniz.

Isa 2019-01-24 12:07:19

Bu adam "əbədi deputat"lığı dövründə heç vaxt səmimi olmadı,nə dedisə,ancaq qıcıq oyandırdı.Sosial durumun bu səviyyədə acınacaqlı olmasında onun zəhməti "Sizif əməyi"ni də geridə qoyub.Əgər səmimidirsə, bir sualıma düzgün cavab versin: "deputatlığına səs vermiş",ancaq işsiz olan "secici"sinin sosial müavinəti(əgər alırsa)neçə manat,özünün deputat maaşı nə qədərdir? Bu fərq sosial ədalətin primitiv göstəricisi olacaq.

VƏTƏNDAŞ 2019-01-24 12:07:19

ƏMƏK HAQQINDAN GƏLİR VERGİSİNƏ YENİDƏN BAXMAQ LAZİMDİR.İCBARİ SIĞORTANI TEZLƏŞDİRMƏL LAZİMDİR ay HADİ MUƏLLİM DUZDUR 14 FAİZ VERGİ ÇOXDUR

Azərbaycan vətəndaşı 2019-01-24 12:07:19

Yalansa.

Amil 2019-01-24 12:07:19

.... onsuzds.sizin. devrannlza.az.qallb

Az Dədə qorqyd 2019-01-24 12:07:19

Hadı sən Azərbaycan deputatı adını daşıyırsan ancaq çəkdirdiyin şəkildə sənin sviyyən .....yaraşmayan əməldir sənin nəvələrındə bundan ilham alırlar yəqin ki.......

alı 2019-01-24 12:07:19

Hörmətli AzPOLİTİKA! Məlumatınız üçün bildirim ki, dünən FH nazirliyinin bir sıra strukturlarının da 01 fevraldan ləg olundugu barədə əməkdaşlara məlumat verildi.Demək olar ki, FHN-nin şəxsi heyyətinin 50-55 faiz işçiləri həmin tarixdə çölə atılır.

Azər 2019-01-24 12:07:19

Gəlir vergisi 14 faiz çoxdur.3oo manata qədər vergi tutulmamalıdır500 manatdan çox olduqa 1ooo manata qədər 10 faiz tutulmalıdır

Son yazılar