Gürcüstan hökuməti müsəlman icmasına 800 min dollardan çox vəsait ayırıb

Dərc olunub: 24/01/2019 - 12:25

b4e8b3f9-81a3-42b9-a6d1-11aa94064f59Gürcüstanda 2019-cu ilin dövlət büdcəsindən ölkədə fəaliyyət göstərən dini icmalara, ümumilikdə, 4,5 mln. lari (1,6 mln. dollardan çox) vəsait ayrılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Dini Məsələlər üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məbləğin 3,5 mln. larisi (1,3 mln. dollardan çox) dini icmalar arasında artıq bölüşdürülüb.

Vəsaitin böyük hissəsi 2,2 mln. lari (828,2min dollar) olmaqla Gürcüstanın müsəlman icmasının payına düşüb. Erməni xristian, Roma katolik və yəhudi icmasına təqdim olunmuş vəsait isə müvafiq olaraq 600 min lari (225,8min dollar), 400 min lari (150,5min dollar) və 300 min lari (112,9 min dollar) təşkil edib.

Yerdə qalan 1 mln. lari (376,4 min dollar) məbləğində vəsait isə cari ilin sonuna qədər dini icmalara paylanılacaq.

Qeyd edək ki, Gürcüstanda əhalinin 10,74%-ni müsəlmanlar təşkil edir.








loading...


Fikrinizi bildirin