Amerikalıların yarıdan çoxu "şatdaun"a görə Trampın məsuliyyət daşıdığını bildirib

ABŞ vətəndaşlarının yarıdan çoxu ölkədə bəzi dövlət qurumlarının fəaliyyətini dayandırmasına görə məsuliyyətin çoxunun Prezident Donald Trampın üzərinə düşdüyünü hesab edir.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu AP-NORC tərəfindən keçirilən sorğunun nəticələri göstərir.

Belə ki, respondentlərin 60%-i "şatdaun"a görə daha çox Trampın, 36%-i respublikaçıların, 31%-i isə demokratların məsuliyyətin daşıdığını bildirib.

Sorğuda iştirak edənlərin 65%-i "şatdaun"u ciddi problem hesab etdiyini, 26%-i isə bunun xırda çətinlik olduğunu açıqlayıb.

Eyni zamanda, maliyyələşdirilməsi ilə bağlı problemlər üzündən "şatdaun"un baş verdiyi Meksika ilə sərhəddə divarın tikintisi məsələsində amerikalıların 49%-i bunun lehinə fikir bildirib, 36 faiz respondent isə divarın tikintisinə qarşıdır.

Xatırladaq ki, Meksika ilə sərhəddə divar tikintisinin maliyyələşdirilməsi üçün vəsait ayrılması məsələsi ilə əlaqədar dekabrın 22-də Konqresin yeni büdcə üzrə razılıq əldə edə bilməməsi səbəbindən ABŞ-ın bir sıra federal qurumları işini qismən dayandıraraq"şatdaun" rejiminə keçiblər.

D.Tramp Konqresin qərarına ehtiyac olmadan divarın maliyyələşdirilməsi üçün sərhəddə fövqəladə vəziyyətin tətbiqi üzərində düşünür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar