REAL müxalifətin 26 yanvar mitinqinə qatılmayacaq - BƏYANAT

REAL - Respublikaçı Alternativ Partiyası müxalifətin növbəti mitinqində iştirak etməyəcək.

“Report” xəbər verir ki, bu barədə partiya bəyanat yayıb.

Bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdə REAL sədri İlqar Məmmədovun çıxışı partiyanın münasibətini cəmiyyətə yetərincə çatdırıb.

Qeyd olunub ki, növbəti mitinqdə iştirak edərək mövqeyin təkrarlanmasına indiki mərhələdə ehtiyac görülmür: “Buna baxmayaraq, sosial aktivliyin möhkəmləndirilməsi üçün çeşidli vasitələrlərdən istifadə edəcəyik”.

Xatırladaq ki, Milli Şura və bəzi siyasi partiyaların nümayəndələri yanvarın 26-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakmiyyətinə (BŞİH) müraciət edib. BŞİH hələlik müraciətə cavab verməyib.

635x100

Şərhlər

Yaqub 2019-01-24 14:01:53

Ne.oldu.ilqar. memmedov. qorxdumu.menem.menem.deyrn. ilqar.bu.hakimyeti. mitinqle.başa. slmaq.gerekdi

Son yazılar