HƏYAT YOLDAŞI ALIŞANOVLA BOŞANDI - Həyatındakı xanımlar, içki məclisləri ailədə narazılıqlar yaradıb

Bir həftədən artıqdır AzTv-nin sədri vəzifəsindən azad olunan Arif Alışanovun ailə həyatında da problemlər yaşanmağa başlayıb. Axşam.az-a daxil olan məlumata görə, Arif Alışanovun xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanova keçmiş sədrdən boşanıb. Bildirilir ki, bu ayrılıq prosesi Alışanovun işdən çıxarılmasından bir qədər öncə baş tutub.

Mehriban Alışanova hazırda Hesablama Palatasının 5 auditorundan biridir. Onların bu evlilikdən 3 övladı var.

Qeyd edək ki, boşanmaya səbəb kimi Arif Alışanovun son zamanlar şəxsi həyatında baş verən proseslər göstərilir. Arif Alışanovun dövlət televiziyasının sədri olmasına baxmayaraq, özünü bu posta qeyri-adekvat aparması, həyatındakı xanımlar, içki məclislərindəki rəftarı onun ailəsində ciddi narazılıqların yaranmasına səbəb olub.

Keçmiş sədr həmçinin bir müddət əvvəl zərərçəkmiş kimi tanındığı məhkəmə işinə görə gündəmə gəlib və prosesin gedişatında ona qarşı kifayət qədər ciddi ittihamlar səslənmişdi.

Alışanovun keçmiş ortağı və sonradan şikayət edərək həbs etdirdiyi Şücaət Əkbərov Alışanovla bağlı sensasion faktlar açıqlamışdı. Maklerlik fəaliyyəti göstərən Ş.Əkbərov demişdi ki, Arif Alışanov torpaq almağa gəzdiyi qara bir qızla gəlirmiş. O, hətta AzTV sədrini 2016-cı ildə həmin qızı öldürməkdə ittiham etmişdi.

635x100

Şərhlər

Vətəndaşa 2019-01-24 16:41:18

Evlilik ərəfəsində cütlüyün əldə etdikləri mülk.torpaq,varidat boşanma zamanı yarı-yarıya bölünür.BU qanundur.Boşanmanın yalnız bir tərəfə bu halda xeyri ola bilər.Ancaq bu varidatlar,əmlak,mülk,topraq korrupsiya,oğurluq,aldatma yolu ilə əldə olunubsa,o zaman bölgüdən söhbət gedə bilməz! Ona görə bunu anlamaq önəmlidir.

Vətəndaş 2019-01-24 16:41:18

Bu boşanma formal xarakterlidir. Boşanmanın əsl səbəbi ondan ibarətdir ki, Arifin korrupsiya yolu ilə topladığı milyardlar arvadının adında olsun və onun barəsində istintaq ediləcək cinayət işi üzrə əmlak və puluna həbs qoyulacağı halda əlindən çıxmasın. Ancaq istər arvadının, istər özünün, istər digər ailə üzvlərinin, istər etibarlı adamlarının adlarına olan əmlakına, puluna həbs qoyulub əlindən alınacaq. Qabaqlayıcı hərəkətlər edib əməliyyat yolu ilə onun kimlərin adına nə qədər var-dövləti varsa müəyyən edib təcili həbs qoyulmalıdır. Özü və yaxın ətrafı həbs edilməlidir ki, qaçıb ölkədən çıxmasınlar.

Mənsura 2019-01-24 16:41:18

Mənsur,ölkədə Alışanovların ( miliyyətcə ) sayı sürətlə çoxaldılır.Bunu görmək üçün ölkənin idarələrində vəzifəyə təyin edilənlərin,vəzifədə oturanların milli tərkibinə,qarışıq milliyəylilərə diqqət etmək kifayətdir.Saf Azərbaycanlı ailəsinin üzvüni onların içərisində tapmaq olduqca çətindir.Belə halda nə edilməli?

Qərib bəyə 2019-01-24 16:41:18

Qərib bəy,bu arvadın işi ərininkindən də gəlirlidir.Hər yoxlamasının qiymətini bilirsənmi?Hesablama Palatasının yoxlama aktların baxsan gülmək tutar.Belə çap-ha-çapda,oğurlama,büdcə yemə vəziyyətində onların yoxlama nəticələri gülməli və nəticəsiz niyə olur? Elə bilirsən orada rüşvət yoxdur? Yanılırsan ! Olmasa aktlarda faktlar 20 əfə yüksək rəqəmlər olar və çoxlu qanun pozuntuları yazılardı Razılaşdırılmış aktlar təqdim olunur.

cəngərlik sakini 2019-01-24 16:41:18

güya o birilər yaxşıdı? yaşı 90 na çatan deputat ZİNAKAR olanda bu necə olmalıdır? seda-ya bunun sifətində NUR yox MİLLƏTdən talanmış pullar hesabına PİY yığılıb.diqqətlə nəzər yetir.

Qerib 2019-01-24 16:41:18

Yoxsa mektebe gedmek ucun levazimatini ala bilmeyen,yoxsulluq uzunden analarinin pis yola duwen,keyfiyyetsiz dermanlar ve savadsiz Azerbaycan hekimlerinin uzunden dunyalarini deyiwen,ana ve atasinin ona defter ve kitab ala bilmediklerini ewidib 12 yawinda intihar eden yuzlerce Azerbaycan balalari,geleceklerine hec bir umidleri olmayan ve caresizlikden ogurluq eden gencler mi yaziqdir??? Tewekkur edirem.

Sedaqet 2019-01-24 16:41:18

AZTV sədri içki içəndə özünü idarə edə bilməyəndə hardaydi bizim qurumlar? Daxili nəzarət edənlər? Adam millionerdi... torpaqlara bax.... millionlara bax.....

seda 2019-01-24 16:41:18

hec de oxwamirlar bu xanim gozeldi-sifetindede nur var

Mansur 2019-01-24 16:41:18

Bic arvaddır, bilib ki,problem çıxa bilyilər, tez boşanıb milyonları da adına keçirib, cənab prezident, bunu yaxşı silkələyin, həələ nələr çıxacaq, sonra ağır cəzalandırın ki, alışanovların sayı azalsın bu ölkədə. Oğurladığı pulları alıb özünü də göndərin həbsxanaya

Qerib 2019-01-24 16:41:18

Beli bu xanimin uzunde nur var.Uzunde o nuru gorenlere uzumu tutub demek isterdim ki,mehz ele bu uzu nurlu xanimin bacariqli siyasetinin neticesiydi Aliwanovlarin bu qeder qeyri leqal servetinin toplanmasi.Bu xanimin "meheretli planlarinin" heyata kecirme aleti ise Arif aga idi.YAZIQ 3 UWAQ, ONLARIN GUNAHLARI NEDIR deyenlere ise uzumu tutub soruwmaq isterdim.Kimdir yaziq?Xariclerde tehsil alan,luks otellerde dincelen,yag ve bal icinde boyudulen 3 uwaq mi yoxsa mektebe gedmek ucun levazimatlarini ala bilmey

azeri 2019-01-24 16:41:18

....Gorun xalgin pullarini,servetini.. nece dagidib,biri kazinoda,biri televiziyada milleti tehcir etmekle...

EJDER 2019-01-24 16:41:18

QORXMA,IYNETERAPIYADAN SONRA WEREF ORDENI ALACAQSAN,LUKAWENKO CANI...KEYF ELE

OXUCU 2019-01-24 16:41:18

YENİ TEATR ŞOU -BOŞANAQ EVLƏNƏRİK-

alı 2019-01-24 16:41:18

Arif əkə yemədi.Soxuşdura bilməzsən.Gecdi.Sənin TEŞTİN hazırdı.Həm də o qədər böyük düzəldiblər ki, qusacaqlarının hamısı o teştə yerləşə bilsin.Bu dəfə deyəsən ...işə yaramadı.

Səyyarə 2019-01-24 16:41:18

Bu qadın Komitə sədri Hicran Hüseynovaya oxşayər.Bacı deyillər?

Abit 2019-01-24 16:41:18

Ağılı olsa ...

t.ədalət 2019-01-24 16:41:18

Bu,onların "yəhudi gedişi"dir.Var-dövləti arvadın adına keçirib (özü də irəlicvədən!) sudan quru çıxmaq istəyir.Ancaq buna da ehtiyac yox idi.Azərbaycanda oğru məmurlar cəzalandırılmır.

GİGANT 2019-01-24 16:41:18

Boşanırlar ki, əmlakın hamısı müsadirə olunmasın, boşanıb əmlakı yəqin ki, yarıya bölüblər.

Cəlal 2019-01-24 16:41:18

Daha Alışanov AzTV-dən maaş almayacaq,büdcədən oğurlaya bilməyəcək deyə arvad ondan boşandı.Əcəb müasir ailədir.Bəs 3 uşaq! Qalan bəhanlər yenilik olmadığından əsas götürülə bilməz!Əgər digər bəhanələrə görə olsa idi 10-15 il bundan öncə boşanardılar.

İRADƏ 2019-01-24 16:41:18

Dövlətdən və Xalqdan oğurladıqlarını gizlətmək,Xalqı aldatmaq,sərvətləri arvadın adına keçirdib leqallaşdırmaq üçün qurulmuş bir oyun.Diqqət edin çirkin və cinayət yoluyla qazandıqlarını qorumaq üçün də ləyaqətsizliklərini nümayiş etdirməkdən çəkinmirlər.Bu gün sərvət toplayanların 90 faizi bu vəziyətdə olan əxlaq sahibləridir.

Əli Vəliyev 2019-01-24 16:41:18

Yazıq 3 uşaq! Onların günahı nədir? Belə vəzifə tutanlara yalnız YAP-da rast gəlmək olar.Biri Mərkəzi dövlət televiziyasında,digəri Hesablama palatasında.Əcəb kadrları var bu YAP-ın.Cəmiyyətin saflığını korlayırlar.Hələ bir Əhmədov,Novruzov YAP-ı tərif edirlər.Belə üzvləri olan partiya iflasa uğradığını,üzvlərinin cinayətkar, oğru.büdcəni talan edən,rüşvətxor olduqlarını qəbul etməli və heç olnasa adını dəyişməlidir. Ziya,İbrahimovlar.Fazil,Səlim və sair Yap-çılar əyani misallardır.

Orxan 2019-01-24 16:41:18

bu Alışanovla necə ailə qurub? Arifin əsl yeri Qobustan həbsxanasıdır...

OXUCU 2019-01-24 16:41:18

GÖR BİZİ KİMLƏR İDARƏ EDİR. İÇKİ DÜŞKÜNÜ,QADIN DÜŞKÜNÜ. MEHRİBAN XANIM ÇOX DÜZGÜN YOL SEÇİB. BU QADIN ONA LAYİQ DEYİL...

Bashirov Qarib 2019-01-24 16:41:18

Işdən atılmamaq və payına duşən əmlak və sərvəti qorumaq uçun bu qərara gəlib.Yoxsa içki,qadınlar,xəyanət filan vız gələr bunlara.

Əli 2019-01-24 16:41:18

VAR DÖVLƏTİ YƏQİN Kİ ARVADSIN ADINADIR. BUNUNLA TALADIĞI VAR DÖVLƏTİ ÖRT BASDIR ETMƏK İSTƏYİR.ÇOX BİCDİR ANCAQ......

Son yazılar