Suriya ABŞ-ı Venesuelanın işlərinə qarışmaqda günahlandırıb - "Amerika sui-qəsdidir"

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriya Venesuelada baş verən miqyaslı etirazlar və «Amerika sui-qəsdi» zamanı Maduro hakimiyyəti ilə həmrəyliyini ifadə edib.

Amerika Birləşmiş Ştatları (ABŞ) beynəlxalq hüququ kobudcasına pozur və Venesuelada hakimiyyətin dəyişməsinə təsir göstərmək cəhdləri sərgiləyir. Vaşinqton tərəfindən yeni Venesuela liderinin tanınması hadisəsindən sonra, bu barədə Suriya Xarici İşlər Nazirliyi (XİN) bəyan edib.

Dəməşq ABŞ-ı Venesuelanın suverenliyinə qarşı təcavüzdə günahlandırıb və bunu sərt şəkildə qınayıb.

Bundan başqa, Suriya bir daha Ağ Evin siyasətini dünyanın bir çox bölgələrində yaranan gərginliyin başlıca səbəbi adlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar