“Aslan İsmayılov. Yalan Anatomiyası” kitabı təqdim olunub

Tanınmış vəkil Elçin Qəmbərov hüquqşünas Aslan İsmayılov haqda kitab yazıb. Dünən “Aslan İsmayılov. Yalan Anatomiyası” adlı kitabın təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, mərasimdə çıxış edən müəllif hüquqşünas Aslan İsmayılovun fəaliyyəti ilə bağlı sərt fikirlər səsləndirib.

O, A.İsmayılovun çoxüzlü və şantajçı bir şəxs olduğunu deyib: “Kitaba Aslan İsmayılovun 1993-cu ildə Heydər Əliyevin diqqətini çəkməkdən ötrü Milli Məclisdə etdiyi çıxışından başlamışam. Onun çıxışlarını təhlil edib, yalan danışdığını və böhtançı olduğunu göstərmişəm. Kitabda həmçinin Sumqayıt hadisələrinə də yer ayırmışam. O, özünü qəhrəman kimi göstərib, Moskvaya, KQB-yə qarşı çıxışlar etdiyini deyir. Mən faktlarla bunu təkzib etmişəm. Onun heç bir fəaliyyəti olmayıb. A.İsmayılov azərbaycanlıların tərəfində olsaydı, özünü ermənipərəst kimi aparmazdı”.

635x100

Şərhlər

Əli 2019-01-25 08:46:44

Elə hünərli oğulsan sa o qoşunları ölkəyə çağıran barədə niyə heçnə yazmırsan.? Onun zakazını verən yoxdur ona görə

cəngərlik sakini 2019-01-25 08:46:44

molodes qəmbərov.sən demə Respublikanı Aslan İsmayılov bu günə qoyub.ALLAH güldürsün məni.Lap LƏZZƏT elədi mənə.

Son yazılar