MEHRİBAN ƏLİYEVA "AZƏRENERJİ"yə GÖSTƏRİŞ VERDİ - İşçilərin müraciətini dünən "AzPolitika" yayımlamışdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə göstəriş verib.

AZƏRTAC-ın məlumatına görə, 2018-ci il dekabrın 13-də bir qrup şəxs “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də tutduğu vəzifəsindən azad olunması ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktubla müraciət edib.

Müraciətin araşdırılması nəticəsində məlum olub ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar enerji sisteminin dövlət əhəmiyyətli strateji obyektlərində təxribat və terror xarakterli əməllərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər kimi bu obyektlərin mühafizəsinin Daxili İşlər Nazirliyinin Mühafizə polisi tərəfindən aparılması barədə qərar qəbul edilib.

“Azərenerji” ASC tərəfindən “Azərbaycan İES” MMC-nin mühafizəsinin zəruri hissəsi Daxili İşlər Nazirliyinə həvalə olunduğundan, Mingəçevir və Varvara Su Elektrik Stansiyalarının mühafizəsinin böyük hissəsi Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirildiyindən, eləcə də “Azərbaycan İES” və bir sıra stansiyalarda ağıllı müşahidə kameraları quraşdırıldığından və hasarlama işləri aparıldığından bəzi işçilərin ixtisarı barədə qərar qəbul olunub.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva məsələnin işçilərin əmək hüquqlarının bərpa olunması şərti ilə operativ həllinə və onların müvafiq işlə təmin olunmasına dair göstəriş verib. 

Qeyd edək ki, “Azərenerji” ASC-nin "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşlarının müraciətini dünən "AzPolitika.info" saytı yayımlamışdı.  

635x100

Şərhlər

S.Ənvərqızı 2019-01-25 19:21:15

Arif müəllimin yazdığı Şərh həqiqətə uyğundur,çünki Rabitəyə qeyri-ciddi kadrlar rəhbərlik edirlər. Bu səbəbli rabitədə inkişaf dayanıb,struktur islahatları yalnız özləri üçün aparılır Azərpoçt qanunlarla idarə olunmayan bir müəssisədir ?Azərpoçtda kardinal islahatlar aparılmasa......? Çünki Azərpoçtda 1-il bir müəssisədə işləməyi bacarmayan Rəsul Bayramov 2011-ci il tarixdən Azərpoçtda Baş direktrun müavini vəzifəsində işləyir, çox maraqlıdır,o cümlədən Sübhan Kazımov da Baş direktor müavinidir...?

Arif 2019-01-25 19:21:15

Azərpoçtun yeni rəhbəri Emin Əfəndiyev kimdir?Beynalxalq Bankda qeyri qanuni əməlyyatlara görə kənarlaşdırılan bəlkədə haqqında cinayət işi açılan adamdır.sual necə olduki Azərpoçtun aparıcı rəhbərləri banklardan bura təşrif buyurdular?cavab çox sadə;ölkəmizdə xarici valyütə mübadilələrini ləğv edəndə bu funksiyanı Azərpoçtun üzərinə qoydular bu zaman Banklar işlərinə və işçilərinə ciddi yanaşdılar.Azərpoçt isə bürokratik bir qurum idi həmin neqativliklə bürokratikliklə məşğul olanlar axışdı bura.

Arif 2019-01-25 19:21:15

Vətandaşa- əslində əmmək haqqı köhnə işçilər üçün aşağı məbləğdir saxta islahatlar adıyla kütləvi şəkildə gətirilənlərin əmmək haqqısi 600-1500manata qədərdir bunu köhnələrə vermirlərki özləri bezsin çıxıb getsinlər.Ən maraqlısı isə tam başqadır poçtdan təssəvürü olmayanlar bu səhə üzrə təhsil almayanlar hansı islahatlar apara bilərlər.Bəle poçtda rabitədə islahatlar mütləqdir amma bu neqativliklə məşğul olan komandanın işi deyil bunlar yalnız bahalı maşınlarda mümkün qədər çox pul qazanmaqla məşğuldurlar.

Genceli 2019-01-25 19:21:15

Rabieden Elmarln qajnl Azerpocun bas direkor mwavini Resul Bajramov vaxlnda isden azad olunmalldlr........ Mekublarln catmamaslnda onun eli var......

kluni 2019-01-25 19:21:15

Onları işlə təmin edəcəkdilərsə, niyə ixtisara salırdılar, hıyy?? De da bəəə!!!

Vətəndaş 2019-01-25 19:21:15

Rabitədə işçilər ixtisar edilir.Maaşlat çox aşağidir

Son yazılar