Türkiyə ABŞ-ı suriyalı kürdlərlə münasibətləri kəsməyə çağırıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyənin müdafiə naziri Hülusi Akar ABŞ dövlət katibinin xüsusi nümayəndəsi Ceyms Cefferi ilə Suriya üzrə danışıq aparıb.

Ankarada keçirilən göüşün gedişində Türkiyə tərəfi kürd birləşmələrinin Mənbicdə yaratdığı problemləri xatırladıb və bəyan edib ki, Vaşinqtondan Kürd Fəhlə Partiyası (PKK) ilə əməkdaşlığın dayandırılmasını gözləyir.

Türkiyə həm də Mənbic üzrə yol xəritəsinə əməl olunmağın və Suriyanın ərazi bütövlüyü probeminin həlinin əhəmiyyətini xatırladıb.

Türkiyə Müdafiə Nazirliyinin xəbərinə görə, danışıqların yekunları əsasında, tərəflər yığılmış problemlərin birgə həlli üçün razılığa gəliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar