Braziliyada bəndin uçması nəticəsində 200 nəfər itkin düşüb

Braziliyada bəndin uçması nəticəsində yüzlərlə insan itkin düşüb.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, hadisə ölkənin cənub-şərqində, Minas-Jerays ştatında baş verib. Xilasetmə işləri ilə məşğul olan yanğından mühafizə xidmətinin regional bölməsinin verdiyi məlumata görə, metallurgiya sənayesi tullantılarının olduğu suyu saxlayan bəndin uçması nəticəsində 200 nəfər itkin düşüb.

Bəndin aid olduğu "Vale" dağ-mədən şirkətindən bildirilib ki, uçma zamanı onun əməkdaşları hadisə yerində işləyirmiş. Onların da taleyi hələ məlum deyil.

Daha əvvəl Braziliyada polis helikopteri suya endirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar