Yuri Xaçaturov Ermənistandan Avropa Məhkəməsinə şikayət edəcək

Ermənistanın KTMT-dəki keçmiş baş katibi Yuri Xaçaturovun vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə şikayət hazırlayırlar. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Vəkil Miqran Pozosyan deyib ki, birinci Kassasiya Məhkəməsi onların müraciətini rədd etdiyi üçün Avropaya üz tutmağa qərar veriblər. Müdafiəçilər hesab edirlər ki, Y.Xaçaturov KTMT baş katibi postunda çalışdığı onun diplomatik toxunulmazlığı olub.

Xatırladaq ki, Y.Xaçaturov 2008-ci il mart hadisələrində, konstitusiya quruluşunu güc yolu ilə dəyişdirməkdə ittiham olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar