Quaydo Maduroyla danışıqlar aparmaqdan imtina edib

Venesuela Milli Məclisinin spikeri, özünü ölkənin müvəqqəti prezidenti elan etmiş Xuan Quaydo bildirib ki, o, hazırkı dövlət başçısı Nikolas Maduroyla dialoqa getmək niyyətində deyil.

"Report" "24 Horas" telekanalına istinadən xəbər verir ki, bu barədə siyasətçi mətbuat konfransında elan edib.

"Mən münaqişənin həllini istəyirdim, amma rejim bununla ələ salmağa qərar verdi. Mən rejimə həm də sülhü aydın anlatmaq istəyirəm - heç kim saxta dialoqa getməyəcək", - deyə o qeyd edib.

Quaydo həmçinin "qəsb edilmələr"in dayandırılmasının, Venesuelada "keçid hökuməti" təyinatlarının və "azad seçkilər" keçirilməsinin zəruri olduğunu bildirib.

635x100

Şərhlər

Vətəndaş 2019-01-26 09:14:58

ABŞ icazə verməsə o danışıq apara bilməz.Çünki O iblis yuvası olan ABŞ-ın agentidir və nökəridir.

Son yazılar