Rusiyanın Baş naziri erməni həmkarının xahişi ilə onu qəbul edib

Rusiyanın Baş naziri Dmitri Medvedev Moskvada işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla Yerevan rəsmisinin xahişi ilə görüşüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu məlumatı Kremlin mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər Rusiya-Ermənistan iqtisadi-ticarət əməkdaşlığa və qarşlıqlı münasibətlərə dair başqa aktual məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin iş qrafikində Nikol Paşinyanla görüş nəzərdə tutulmayıb.

Xatıladaq ki, yanvarın 25-də Nikol Paşinyan Rusiyaya birgünlük işgüzar səfər edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar