"Birinci vitse-prezidentin göstərişi icraata götürülüb" - “Azərenerji”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə verdiyi göstəriş dərhal icraata götürülüb.

Bu barədə “Report”a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzindən məlumat verilib.

Bununla bağlı “Azərenerji” ASC-də xüsusi komissiya yaradılıb və qeyd edilən vətəndaşların qısa müddətdə Səhmdar Cəmiyyətin Mingəçevir şəhərində yerləşən struktur bölmələrində müvafiq işlə təmin edilməsi məsələsi həll ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar