Səudiyyə Ərəbistanı Avropa İttifaqının “qara siyahısı”na daxil edilib

Avropa İttifaqı Səudiyyə Ərəbistanını “terroru maliyyələşdirən və çirkli pulları yuyan” ölkələrin siyahısına daxil edib.

“Report” “yeniakit“ə istinadən xəbər verir ki, bu məlumatı “Reuters” yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanı terrorun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı lazımi addımlar atmayıb.

Avropa İtifaqının “qara siyahısı” İran, İraq, Suriya, Əfqanıstan, Yəmən, Şimali Koreya daxil olmaqla 16 ölkədən ibarətdir. 2017-ci ildən sonra bu siyahı ilə bağlı meyarlar daha da təkmilləşdirilib. Hazırda bu siyahı çirkli pulların yuyulması və terrorun maliyyələşdirilməsinə qarşı mübarizə üçün qurulan Çirkli Pulların yuyulmasının qarşısının alınması ilə bağlı Maliyyə Fəaliyyəti Qrupunun (FATF) istifadə etdiyi kriterilər əsasında formalaşır.

Səudiyyə Ərəbistanı rəsmiləri hələ ki, məsələni şərh etməyiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar