“Daily Telegraph” Melaniya Trampdan üzr istəyib

Britaniyanın The Daily Telegraph qəzeti ABŞ-ın birinci xanımı Melaniya Trampdan onun haqqındakı məqalədə faktların təhrif olunması səbəbindən üzr istəyib və kompensasiya ödəməyə hazır olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb. “Təəssüfümüzün əlaməti olaraq biz xanım Trampa kompensasiya, həmçinin məhkəmə xərclərini ödəməyə hazırıq”, – nəşrin bəyanatında belə deyilir. Ödənişin məbləği açıqlanmır.

Burada söhbət Melaniya Tramp haqqında qəzetin həftəliyində yanvarın 19-da dərc olunmuş məqalədən gedir. Məqalədə onun atası barədə faktlar təhrif olunmuş şəkildə verilib. Habelə qəzet yazıb ki, ABŞ-ın hazırkı Prezidenti Donald Trampla ailə quranadək Melaniyanın karyerası uğursuz olub.

“Biz etiraf edirik ki, xanım Tramp ərə gedənədək özü uğurlu peşəkar model olub və işə ərinin yardımı olmadan düzəlib”, – deyə Britaniya qəzeti qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar