"Salyanda müxalifətçi yoxdur, xarici qüvvələr emissarlarını göndərir" - Rayonun deputatı

Ehtiyyatda olan general-leytenant, Milli Məclisin deputatı Əliağa Hüseynov millət vəkili kimi təmsil olunduğu Salyan rayonunda guya müxalifətçilərin saxlanılmasına dair xəbərlərə həmişəki kimi maraqlı reaksiya verib.

Ə.Hüseynov "Ölkə.Az"a açıqlamasında bildirib ki, Salyanda müxalifətçi olmayıb və bundan sonra da olmayacaq: "Mən hər gün Salyanla əlaqə saxlayıram. Həyatı boyu Salyanda müxalifət olmayıb və bundan sonra da olmayacaq. Salyanın o qədər ziyalıları var ki, onlar heç zaman rayonda savadsız insanların müxalifətçi olmasına imkan verməzlər. Ümumiyyətlə, Salyanda həyatı boyu müxalifət olmayıb"

Deputat deyib ki, 2-3 nəfər təxribat yaratmaq istəyirsə, təbii ki,bunun qarşısı alınmalıdır: "Mən bir general kimi deyirəm ki, Salyanda müxalifət yoxdur, hamı cənab Prezidentin siyasətini dəstəkləyir".

Deputat deyib ki, ayrı-ayrı rayonlardan Salyana xarici qüvvələrin emissarları göndrilir: "Ancaq Salyan camaatı həmin adamları özləri döyüb qovurlar. Çünki Salyanın ziyalısı çoxdur. Ziyalı çox olan yerdə isə hər zaman əmin-amanlıq, qanuna tabeçilik mövcud olur. Salyanda siyasi səhvlərə yol verən ola bilməz. Bu gün Salyan camaatı hamılıqla cənab İlham Əliyevi dəstəkləyir. Dövlətçilik Salyan camaatının baş tacıdır".

Qeyd edək ki, Əliağa Hüseynov 59 saylı Salyan seçki dairəsindən Milli Məclisə deputat seçilib.

635x100

Şərhlər

Elsevər 2019-01-27 00:09:44

Allah sən saxla.Bu hansı dünyanın adamıdı görəsən ?

patriot 2019-01-27 00:09:44

Düz deyir molodes !!!

Səməd 2019-01-27 00:09:44

Hörmətli Əliağa müəllim nədənsə özünün təmsil olunduğu Milli Məclisdə həlli vacib məsələlərin müzakirəsi zamanı səsini çıxartmır?! Azərbaycan vətəndaşı öz Konstitusion hüququnu tələb edirsə bu hələ müxalifətçilik demək deyil Əliağa müəllim. Müxalifətçilik- millətini satmaq, aldatmaq və haqqını yeməkdir. Sual: Əliağa müəllim daşıdığı rütbəyə və deputat mandatına özünü layiq bilir? Mənim fikrimcə bir çox deputatlar kimi onunda Milləti təmsil etmək haqqı yoxdur!

G M 2019-01-27 00:09:44

Bu tip adamların Xalqın əmlakını talaması cinayətdən də çox,günah sayılmalıdır.General rütbəsini də,Deputat mandatını da bu əqidəylə alıb.Bu adam anlamır ki müxalifət nə deməkdir.

Salyanlllar 2019-01-27 00:09:44

Elaga.kes. sesni.salyan.xalql. seni.tanlmlr. ve.ses.vermeyib

EJDER 2019-01-27 00:09:44

HA HA HA,BRAVO...GENERAL SALYANSKI.O, BULVARDAKI,AZVOEKAMATIN BINASININ USTUNDEKI ,,A,,G...HERIFLERI ,KITAYSKI GENERALDAN YADIGAR GALIB....KAMALIN HESABINA KEYF ELE...KIM KIMDI HAMI BILIR...SABUN,POROWOQ,QABYUYAN QALMADI...MEQAMDI,GUNAHLARI YUMAQ UCUN,LUKAWENKO CANI

Yengibar 2019-01-27 00:09:44

Yaxşı olardı desin ki, Salyanda heç adam yoxdur (Salyanlılar məni bağışlar).Yoxsa, özü demişkən, bu general bir gecədə Salyanda icra başçısı olub, yol altına düşən torpaqları qudası Ziya Məmmədovla salyanlılardan dəyər-dəyməzə alıb yüz qatına Dövlətə satmazdı.Bu kişi başçı, qudasının qardaşı oğlu Fuad Məmmədov da polis rəisi idi. Salyan o dövrü də yaşadı.Dövlət kişi də....xeyli uzaqdan baxırdı.Hələ bir soruşun, Kür üstündə , bunun qonşuluğunda Z.Məmmədovun iqamətgahı necə oldu,dururmu?

Köhnə azərbaycanlı 2019-01-27 00:09:44

Ehtiyyatda olan general-leytenant, Milli Məclisin Salyan rayonundan olan deputatı Əliağa Hüseynov: " Həyatı boyu Salyanda müxalifət olmayıb və bundan sonra da olmayacaq...Ümumiyyətlə, Salyanda həyatı boyu müxalifət olmayıb". ALLAH sənə rəhmət eləsin Mirzə Cəlil: "Ağa nəçənnik, ay uçitel bizim kənddə yerli dibli uşaq olmayıb".

Son yazılar