"QUAYDOYA ÇEVRİLİŞ ƏMRİNİ TRAMP VERİB" - Maduro (MÜSAHİBƏ)

Venesuela prezidenti Nikolas Maduro Türkiyənin “CNN Türk” telekanalında yayımlanan “5N1K” proqramının aparıcısı Cüneyt Özdəmirə müsahibə verib. Bu gün dünyanın gündəmindəki əsas adamlardan biri olan Maduro ölkəsində baş verənlərlə bağlı sualları cavablandırıb.

"AzPolitika.info" maraqlı olduğunu nəzərə alaraq, "Strateq.az"a istinadla həmin müsahibəni oxucularına təqdim edir.

– Cənab Maduro, necəsiniz? Bu günlərdə özünüzü necə hiss edirsiniz?

– Özümü çox motivasiya etmişəm. Vətənimə dərin bir sevgim, bağlılığım var. Venesuela, demokratiyamız və müstəqilliyimiz uğrunda tarixi bir savaşdan keçirik. Baş verənlərinin hamısı Amerika ilə əlaqədardır. Bizə həmlə edirlər və Venesuelanı özlərinin arxa bağçaları sayırlar. Xilaskarlarımız Simon Bolivar və Uqo Çavesə sonsuz bir sevgi duyuram. Onların varlığı ruhuma, qanıma işləyib. Bu problemlərlə baş-başa qalarkən onlardan güc alıram.

Venesuela davam edən həmlələrin bir qurbanıdır. Son 20 il Venesuela üçün əsl inqilabdır. İctimai, mədəni və siyasi inqilablar Venesuelanı müstəqilləşdirdi və dəyişdirdi. Klintonun prezidentliyini nəzərə almasaq, Buş, Obama və indi də Tramp administrasiyaları Venesuelanı hədəf alır, sosial və siyasi həyatına zərər vermək istəyirlər. Çaves bir çox güclü həmlələri adlatdı. Məsələn, 2002-ci ilin aprelində böyük bir çevriliş cəhdinin qarşısı alındı və bu, hərbi güclə yanaşı, xalqın dəstəyi ilə mümkün oldu. Çavesin vəfatından bəri bir çox hücumlarla qarşı-qarşıyayıq. Tramp hakimiyyətə gəldikdən sonra isə vəziyyət daha da pisləşdi. İndi də bir çevriliş cəhdi planlaşdırdılar və adı-sanı bilinməyə bir adamı üzləri olması və özünü prezident olması üçün zorladılar. Özbaşına and içdi ki, bu da qanunlarımıza ziddir. ABŞ-ın xəbər agentlikləri və “Washington Post” cənab Quaydoya çevriliş cəhdi əmrini birbaşa Trampın verdiyini yazdılar. Bu gün burada Bolivar inqilabına qarşı uzun zamandır planlaşdırılan və indi həyata keçirilən bir çevriliş cəhdi ilə qarşı-qarşıyayıq.

– Bir çox ölkələrdən dəstəkləyənləriniz var. Onlardan biri də Türkiyə prezidenti Ərdoğandır. Bu çevriliş cəhdindən sonra sizi ilk arayanlardan biri oldu və iki il öncə Türkiyədəki 15 iyul çevriliş cəhdi zamanı sizin ona zəng etməyinizə çox təəccübləndiyini bildirdi. Bəs siz necə, Ərdoğanın sizə zəng etməsinə təəccüblənmədiniz ki?

– Xeyr, bu, mənim üçün sürpriz deyildi. Cənab Ərdoğan dəyərlərə sayğı göstərən cəsur bir adamdır. Türk xalqının və prezident Ərdoğanın birlikdə olduğuna inanırıq. Açığı, Ərdoğana qarşı çevriliş cəhdi olduğunda və küçələrdə vətənlərini müdafiə edən adamların fotolarını gördüyümdə, Türkiyədəki vəziyyəti bilmirdim. Xarici işlər nazirimə dərhal bu xain hücumu pisləməsini tapşırdım. Qərb mətbuatı bu çevriliş cəhdini sanki Türkiyə üçün xeyirli bir şey kimi təqdim edirdi və Ərdoğana qarşı idilər. O gündən bəri hörmətli Ərdoğanla dostuq. Onun çox yaxşı bir dost olduğunu düşünürəm. Türk insanına aşiqəm. Türkiyənin gerçəkdən çox önəmli və gözəl bir tarixi var. Bizi demokratiya mübarizəmizdə dəstəklədikləri və yanımızda olduqları üçün çox xoşbəxtəm.

 – Yerinizə gətirilməsinə çalışılan Xuan Quaydo ilə bağlı planlarınız nədən ibarətdir?

 – Quaydo bütün qanunları və Konstitusiyanı rədd edir, ancaq mən jüri deyiləm. Bu, vətəndaşın gücü ilə bağlı məsələdir. Konstitusiyamızı və ölkəmizi qorumaq üçün hansı addımların atılacağına jüri qərar verəcək. Bu iş qanunlarla, məhkəmə önündə çözüləcək.

Çətin də olsa, bir həll yolu var. Keçmişdə bir çox çətinliklərə sinə gərdik. Bəziləri indi yaşananlara bənzərdi, bəziləri isə daha qarmaqarışıq idi. 2002-ci ildə yaşadıqlarımız daha qarmaqarışıq və çox çətin hadisələrə bir örnəkdir. Fəqət 2002-ci ildəki olayları çözməyi və qalib gəlməyi bacardıq. Bu olayda qanunun, xalqın və ordunun birliyini görə bilirsiniz. Bugünkü problemində öhdəsindən gələcəyik. Problemin həlli yolu qanunlarda və ədalətdədir. Bu məsələ Ali Məhkəmədə çözüləcək. Venesuelada qanunun aliliyi deyilən bir şey var və mən buna inanıram. Konstitusion orqanlar problemi həll edəcəklər. Barışı təmin edəcəyik və Təhlükəsizlik Şurasında etdiyimiz kimi, olanları qınamağa davam edəcəyik.

Bütün bu yalanlar Amerikanın başının altından çıxır. Mən dialoqa açığam, işimin başındayam və işimə davam edəcəyəm. Xalqıma hər iki əlləri ilə işləmələrinin vacibliyini bildirdim. Bir əllə əkəcək, tikəcək, o biri əllə Vətənimizi qoruyacaqlar. İndi də bu çevriliş cəhdinə əngəl olmalıyıq və bunu iki əlimizlə etməliyik. Bir əllə bu cəhdi qınamalı və çözməli, digər əllə də yolumuza davam etməli və irəli getməliyik.

– Yeni bir seçki keçirməyi düşünürsünüzmü?

– Avropa yenə Venesuela ilə bağlı bir xəta yapır. 200 ildir müstəqil olsaq da, tariximizi yox sayırlar. Müstəqilliyimizlə qürur duyuruq. Damarlarımızda xilaskarlarımızın qanı axır. Verdikləri ultimatumu geri çəkməlidirlər. Kimsə bizə ultimatum verə bilməz. Əgər kimsə Venesueladan getmək istəyirsə, gedə bilər. Venesuela Avropadan asılı deyil. Cənubda olduğumuz üçün bizi aşağılamaq cəhdləri axmaqlıqdır. Avropada bir çox dostlarımız var. Amma təəssüf ki, Avropanın siyasi elitası xalqın baxışlarını əks etdirmir və Trampın ağzından çıxacaq bir kəlməyə baxarlar.

Venesuelada rekord sayda – 25 seçki keçirdik, onlardan 23-də qalib gəldik. Yalnız iki seçkini – 2007-ci ildə Konstitusiya islahatlarına dair referendumu və 2015-ci il parlament seçkilərini uduzduq. Keçən il prezident seçkilərində 65% səslə qalib gəldik. 2020-ci ildə parlament seçkiləri olacaq. Çox modern bir seçki sistemimiz var və bizi tənqid edənlərin bu sistemlə bağlı deyə biləcəkləri bir söz yoxdur.

– ABŞ diplomatlarına ölkələrinə dönmələri üçün 72 saat vaxt verdiniz. Fəqət cənab Pompeo bunu rədd etdi və bəzi diplomatlarını hələ də Karakasda saxlayırlar. 72 saat bitdiyində nə olacaq? Planınız nədir?

– Deyə bilərəm ki, çoxdan getdilər. Venesueladakı və ABŞ-dakı iki ölkənin yetkililərini qorumaq üçün müzakirələri davam etdirmək mövzusunda onlarla anlaşdıq. 30 gün davam edəcək müzakirələrdə iştirak etmələri üçün kiçik bir qrup diplomat qarşılıqlı olaraq ölkələrdə qaldı. Siyasi və diplomatik əlaqələrimiz yoxdur, bunların çoxu bitdi. Ancaq hələ də dialoqa inanıram. Ağlımdakı şey 15 ildir Amerika ilə heç bir siyasi əlaqəsi olmayan Kuba kimi olmaq. Bu üzdən Venesuelada kiçik bir qrup ABŞ diplomatı qalacaq və bizim verdiyimiz mühafizə ilə həyatlarını rahat yaşayacaqlar.

– BMT Təhlükəsizlik Şurasının iclasında cənab Pompeo sizinlə bağlı çox sərt bir çıxış etdi və hakimiyyətinizi “keçmiş Maduro rejimi” kimi təqdim etdi. Eyni zamanda “Twitter”də sizin Kuba, İran kimi ölkələrin liderləri ilə fotolarınızı paylaşıb “Fərqli diktatorlar, eyni sonuc” yazdı. Bu paylaşımı gördünüzmü? Bir cavabınız varmı?

– Pompeonun ifadələri çökməkdə olan bir ölkənin söyləyəcəyi sözlərdir. O, bizi təhdid edən bir ölkənin sözçüsü. ABŞ-ın gücü getdikcə zəifləyir. Dünyada siyasi və iqtisadi baxımdan yeni güclü ölkələr və liderlər var. Keçmişdə Roma imperatorluğu, Asiya, Afrika və Amerikada hökm sürən İngiltərə krallığı vardı. Ancaq indi həmin dövrdə yaşamırıq. Cənab Pompeo tamamilə ümidsizlik içində və nifrətlə doludur. O, bir dünya lideri və diplomat deyil. Heç kimə sayğısı yoxdur, bağırmaqla və təhdid etməklə hökm edə biləcəyini düşünür. Mənim haqqımda istədiyini söyləyə bilər, amma mən ölkəmi, insanlarımı və tariximi düşünürəm. Türk xalqı görəcək, biz qalib gələcəyik və bu çevriliş cəhdini adladacağıq.

– Şimali Koreya ilə yaşadıqları qarşıdurma zamanı Tramp “Twitter” vasitəsilə qarşılıqlı təhdid səsləndirdiyi Kim Çen Inla sonradan bir araya gəldi. Gələcəkdə Trampla belə bir görüşünüz ola bilərmi? Ona birbaşa demək istədiyiniz söz varmı?

– Bu, olası bir şey deyil. Mümkünsüz də deyil, amma olası deyil. Donald Trampa bir neçə dəfə mesaj yolladım. Fəqət o, problemlərdən baş çıxaran bir lider deyil və bizə nifrət edir, bizi aşağılayır. Əslində Latın Amerikasını və dünyanı küçümsəyir. Bu, qəbul edilə bilməz. Çünki bugünkü dünyada irqçiliyin və xor görmənin yeri yoxdur. Bir-birimizə sayğı duymalı, problemlərimizi dialoq yolu ilə həll etməliyik. Şəxsən mən kimsədən nə yaxşıyam, nə də üstün. Eyni zamanda kimsə də bizdən yaxşı və üstün deyil. Bütün toplumların fərqli mədəniyyətləri və dəyərləri var. Tək bir Tanrı var. Xristian qalmağa və Tanrıya inanmağa davam edəcəyik. İsa Məsihə inanıram, o, bizim xilaskarımızdır. Məncə, o, hələ də həyatdadır. Tanrıya hər gün dua edirəm. İnanıram ki, bir gün ABŞ-la dialoq qura biləcəyik.

– Venesueladakı hiperinflyasiya ilə bağlı bir çox tənqidlər var. Bəzilərinin fikrincə, bunun səbəbi sosialist iqtisadi sistemidir. Yaxın gələcəkdə hiperinflyasiya və ya Venesuela iqtisadiyyatı ilə bağlı həyata keçirmək istədiyiniz bir plan varmı?

– Maliyyə və iqtisadi baxımdan çoxsaylı hücumlar altındayıq və bunlarla mübarizə aparırıq. Dərman almaq üçün nəzərdə tutulan 1,4 milyon dollarımızı dondurdular. 2019-cu ildə hiperinflyasiyanı enəcəyik. Strategiyamız nədir? Var olan iş yerlərini qoruyub, yeni iş yerləri yaratdıq. Sosial təminat sistemimiz yerindədir. Uşaqları, anaları və ailələri qorumağa çalışırıq. İnsanları inflyasiyanın təsirindən qorumaq üçün kartlar paylayır və onlara pul veririk. Ancaq yaxşı vəziyyətdə olmağımızı istəmədikləri və bizi sarsıtmaq üçün bizə qarşı bir çox sanksiyalar tətbiq edirlər. Amma bu problemi də aşacağıq.

– Sonuncu sualım isə budur. Cənab Maduro, gələcəyiniz üçün B və ya C planınız varmı? Yoxsa siyasi karyeranızın sonuna qədər savaşmaq istəyirsiniz?

– A, B, C və Z planım vətənimi qorumaq, ölkəmi yaxşı idarə etməkdir. Bu üzdən planım Venesuelanı idarə və müdafiə etmək, insanlarımız üçün sağlam və firavan həyatla dolu bir ölkə yaratmaqdır.

 

Hazırladı: Cavid Cabbaroğlu

635x100

Şərhlər

Kerem 2019-01-27 20:34:11

Arzu.qardaş.inşallah.o.eclaf.kreml.yuvasına...

Arzu 2019-01-27 20:34:11

amerika.veribse.ne. gözel.ela.bucür. tiktadorların. hamsı.getmelidit. ve.şexsen.putinin. bsşna.biz.bele. diktatura.cevirliçlerne. yalnız.ve.yalnız. sevinirik.ura.yoldaş. tramp.putinlede.diktaturanə. bitir.vr.dünya.tatixne.düş

Həbib 2019-01-27 20:34:11

Tarix göstərir ki diktorların çoxunun aqibəti çox acınacaqlı bitir. Moduro da ki, burunlu qulaxlı heyvandır və diktatordur. Deyəsən bunun da sonu çatıb. İndi də olmasa çox getməz. Fələyin Qara siyahısına düşüb

Alı 2019-01-27 20:34:11

Bah guya yeni Amerika kəşv elədi.Başqa kim edəcəkdi.Desəydi ki, inqilab sifarişini Zərdablı ABBAS verib bəlkə də sensasiya olardı.Amma belə....

Türk 2019-01-27 20:34:11

Nikolas Maduro ikinşi dəfə prezident seşilir.ABŞ bütün dünyünın düşmənidir.Demokratiya pərdəsi altında dünyanın təbii sərvətlərinə sahib olmaq istəyir.ABŞ-ın adddımlarını diqqətlə izləsəniz görərsiniz ki,dünyanın ən qəddar diktatorları onun dediyinə əməl edirsə,heç zaman ABŞ onları diktator saymır.Məsələn Səudiyə Ərəbistanında,Küveyitdə demokratiya varmı.Əsla yox.Ancaq ABŞ hər zaman onları müdafiə edir.Çünki,ABŞ-ın dediyi ilə hərəkət edirlər.Qardaşlar ABŞ-a Venesuelanın nefti lazımdır.demokratiya yox.

Son yazılar