Balakəndə iki yaşlı körpə göldə boğulub

Balakən rayonunda iki yaşlı körpə göldə boğulub.“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yeni Şərif kəndində baş verib.

Kənd sakini, 2017-ci il təvəllüdlü Sevinc Xaqani qızı Abdullayeva babasının yaşadığı evin həyətyanı sahəsində balıq saxlamaq üçün yaradılmış sünü gölə düşərək boğulub. S.Abdullayevanın meyiti müayinə edilmək üçün Səhiyyə Nazırliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar