Afrika ölkəsində dəhşətli mənzərə - 50-dən çox kütləvi məzarlıq tapıldı

Konqo Demokrati Respublikasının Yumbi şəhərində 50-dən çox kütləvi məzarlıq tapılıb."Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, məzarlarda sayı 5-dən başlayaraq 100-ə qədər olan cəsədlər tapılıb.

Hazırda cəsədlərin ümumi sayını müəyyənləşdirməyin çətin olduğu açıqlanıb.

Kütləvi məzarlıqlarda basdırılanlar etnik zəmində qətlə yetirilən şəxslərdir.

Qeyd edək ki,ötən il 16-19 dekabr tarixlərində baş verən etnik müharibədə ən az 890 nəfər ölüb. Toqquşmalar zamanı 465-dən çox ev və iş yeri yandırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar