AZƏRBAYCAN 100 MİLYON DOLLAR DA GÜRCÜSTANDA İTİRDİ - İdxalımız ixracı üstələdi

Azərbaycanın xarici ticarət əlaqələrinin həcmi hər il artır, onun coğrafiyası genişlənir. Bu halda profisit, yəni idxal üzərində ixracın üstünlüyü, həmişə milyardlarla dollarla ölçülür ki, bu da ilk baxışda narahatlıq üçün xüsusi əsas vermir. Təkrarlamaq ki, belə müvəffəqiyyəti ölkə iqtisadiyyatına əsasən neft təmin edir, ehtiyac yoxdur – bu mövzuda çox yazılıb və deyilib. Amma son illərdə, nə vaxt ki, ölkə qeyri-neft sektoruna və onun ixracına pul qoydu, statistikanın da göstərdiyi kimi, məlum oldu ki, bu sferada da kifayət qədər ehtiyatlar var.

Məsələn, götürək qonşu Gürcüstanla xarici ticarət münasibətlərini. Bir çoxları üçün, keçmiş illərdəki stereotiplər qalır, deyirlər ki, qərb qonşumuz öz məhsullarını bura ixrac etməkdən daha çox Azərbaycan malları idxal edir. Amma görünür, biz yaranmış stereotipdən imtina etməli olacağıq, əlbəttə, əgər məhz qeyri-neft sektorunda dönüşə nail olmasaq.

Belə ki, keçən ilin nəticələrinə görə, Gürcüstanın Azərbaycan qarşısında borcu 7, 819 milyon dollar təşkil edib. Və bu həcmin azalması nisbətini daha dəqiq başa düşmək üçün yalnız bir müqayisə aparmaq kifayətdir. Təkcə keçən ilin noyabrı ilə müqayisədə borcun məbləği 157 min dollar, yəni demək olar ki, 15% azalıb. Statistika göstərir ki, qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistan qarşısında borcu daha çoxdur- müvafiq olaraq 15,019 milyon, 61,393 milyon və 8,643 milyon dollar. Bu halda keçən ayda Gürcüstanın ümumi xarici borcu 325,948 milyon dollar artıb və 5 434,092 milyon dollar təşkil edib.

Ölkənin Almaniya, Fransa və ya Yaponiyaya yüz milyonlarla dollar borcu olduğunu anlamaq çətin deyil. Ancaq bu fonda Azərbaycana olan borcun, hətta 8 milyon dollara çatmamasını, açıq desək, başa düşmək çətindir. Biz Gürcüstana neft və neft məhsulları çatdırırıq, qazın təchizat həcmini artırırıq. Və belə çıxır ki, qonşular da öz növbəsində, mallarının daha çoxunu ölkəmizə ixrac etməyə başlayıblar. Amma hansı malları?

Vəziyyətin diqqətli analizi çox xoş olmayan nəticələrə gətirir. Keçən il Azərbaycan Gürcüstandan təxminən 190,3 milyon dollar dəyərində 13 047 avtomobil idxal edib. Həm də əvvəlki illə müqayisədə qonşu ölkədən idxal edilən avtomobillərin miqdarı 2,8 dəfə, dəyəri isə 2,1 dəfə artıb. 2017-ci ildə Gürcüstandan Azərbaycana dəyəri 88.1 milyon dollardan çox olan 4,548 avtomobil ixrac olunub.

Məlum olduğu kimi, Gürcüstan öz avtomobillərinin istehsalında, bu ölkədən yalnız dünyanın digər ölkələrininin istehsalı olan maşınları idxal edən Azərbaycandan o qədər də uzağa getmir. Həmin sövdələşmələrin necə rəsmiləşdirilməsindən və həyata keçirilməsindən asılı olmayaraq, əslində, bu əməliyyat Gürcüstan üçün təkrar ixracdan başqa bir şey deyil. Və ölkənin təkrar ixracının əsas bəndi yalnız avtomobildir. Azərbaycana belə çatdırmaların həcminin üç qat artmasına gəlincə, bu, ölkəmizdə belə maşınların qiymətinin gözlənilən artımı ilə əlaqədardır. Biz ya öz avtomobillərimizin buraxılışını qaydaya sala bilməmişik, ya da əhali arasında onlara tələbat yoxdur – amma bu ayrı yazının mövzusudur. Lakin yekunda biz təkcə keçən il 100 milyon dollardan artıq məbləğ itirmişik ki, bunun da böyük hissəsi qonşu ölkədə qalıb.

Yaxud başqa statistika. Ötən il Gürcüstandan gələn siqaretlərin təkrar ixracatı ildə 254% artaraq 149 milyon dollara çatıb ki, bu da əvvəlki ilə nisbətən 3,5 dəfə çoxdur. Yəni o, digər ölkələrdə istehsal edilən bu miqdarda siqaret satıb. Özü də Gürcüstandan təkrar ixrac edilən bu siqaretlərin 65,7% -i qonşu ölkədən 98 mln dollarlıq siqaret idxal edən Azərbaycanın payına düşüb. Ötən il Gürcüstana idxal olunan siqaretlərin həcmi 82% artaraq 186 milyon dollar təşkil edib (ötən illə müqayisədə 82% çox).

Gürcüstandan, kəmiyyət baxımından nə qədər siqaret reallaşdırdığımızı hesablamaq çətindir, lakin ötən il ərzində özümüz 4 milyard 949,6 milyon ədəd siqaret istehsal etmişik ki, bu da əvvəlki ilə nisbətən 4 dəfə çoxdur. Demək olar ki, 5 milyard – bu, artıq olduqca böyük rəqəmdir. Belə çıxır ki, biz adambaşına, o cümlədən kiçik uşaqlar və yaşlı insanlar üçün, ildə təxminən 500 siqaret istehsal edirik. Halbuki bizdə əhalinin nəinki hamısı, heç yarısı da siqaret çəkmir. Gürcüstandan və digər ölkələrdən siqaretləri təkrar ixrac etməyimiz nəyə lazımdır? Təbii ki, Gürcüstana beynəlxalq miqyasda müəyyən yük daşımaları bazası rolunu oynamaq sərfəlidir. Bəs Azərbaycan nə üçün Gürcüstan iqtisadiyyatına ildə yüz milyonlarla dollar “axıtmaqla” onun, necə deyərlər, əlinə oynamalıdır?

Ancaq Gürcüstan özü daha ağıllı xarici ticarət siyasəti aparır. Təkcə onu qeyd etmək kifayətdir ki, keçən il o, Azərbaycandan təxminən 110 milyon dollarlıq neft və neft məhsulları idxal edib. Azərbaycan tərəfindən qonşu ölkəyə ixrac olunan neft və neft məhsullarının ümumi həcmi təxminən 181,025 ton təşkil edib ki, bu da 2017-ci ilə nisbətən, demək olar ki, 50 min ton və ya 21,5% azdır. Bu o demək deyil ki, ölkədə neft və neft məhsullarından az istifadə olunub. Və məsələ təkcə bunda da deyil.

Ötən il Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 1 milyard 088 milyon 790,5 min dollar olub. Qonşu ölkənin ümumi ticarətində Azərbaycanın payı 8,7% təşkil edib. Bakı Ankara və Moskvadan sonra Gürcüstanın üçüncü ticarət tərəfdaşı olub.

Eyni zamanda, Azərbaycandan Gürcüstana 586 milyon dollardan çox mal ixrac edilib - 5,8 faiz artım. Gürcüstanın ümumi idxalında Azərbaycanın payı 6,4% təşkil edib və o, Türkiyə, Rusiya və Çindən sonra idxalda qonşu ölkənin dördüncü əsas tərəfdaşı olub.

Gürcüstandan Azərbaycana idxalın artım tempinin, əks prosesin - Azərbaycandan Gürcüstana ixracın artımından çox olduğunu hesablamaq çətin deyil. Və bu artım həyati mallar hesabına yox, hər il yüz milyonlarla dollarlıq siqaret, avtomobil və digər malların təkrar ixracına görə qonşu ölkəyə axır.

Nəticədə... biz qonşu ölkə ilə xarici ticarət əlaqələrində əvvəllər müşahidə olunan üstünlüklərimizi itirdik. Təəssüf...(virtualaz.org)

635x100

Şərhlər

o.b.n 2019-01-28 09:50:10

Qafqazın ən böyük maşın bazarı,Gəncəyə gəlmişdi.Əgər imkan versəydilər indi gürculər burdan maşın alardı,hər bir azərbaycanlı müasir maşına sahib olardı,pulda qalardı ölkədə.İndi eyni maşın gürcüyə başa gəlir 10 minə,azərbaycanlıya isə 25 minə.Ehtiyat hissəsidə,təmiridə eləcə.Lənət olsun...

G M 2019-01-28 09:50:10

Yeganə çıxış yolu Rüşvətə rüsum tətbiq eləməkdir.Əgər məmurlar bisələr ki oğurladıqları,taladıqları Dövlətəmlakına,Xalq malına görə ``rüsum`` ödəyəcəklər...bəlkə insaflı olarlar.Qalan nə varsa mənasızdır.Həkim pulumuzu almayanda sağalacağımıza inanmayan millətik

Bashirov Qarib 2019-01-28 09:50:10

90-cı illərin ortalarında İran gömruyundən ,sovetdən qalma zavodların metal avadanlıgını daşıyırdıq, əvəzində də yalnız saqqız daşıyıb Rusiyaya aparırdıq.O vaxtkı gömruk naziri T.Əliyev deyirdi ki,camaatdan həm də rusum alırıq.Yəni,pul alırıq,həm də rusum alırıq.Azərbaycan iqdisadiyyatını bu gunə salan ,gunu-gundən artırılan gömruk rusumlarıdır.Rusumlar artdıqca qiymətlər də artır. kasıbların vəziyyəti daha da agırlaşır.

Ejder 2019-01-28 09:50:10

Gurcustanin xarici borclari barede yazdiginiz reqemler duz gelmir. Yazdiglarinizi hesablayin

Kerbalayı 2019-01-28 09:50:10

Hörmətli.virtual. az.qardaş.onsuzda. bu.hakimyet.itire. itire.gedir..

məmməd 2019-01-28 09:50:10

Lap ağlamağ;m gəldi. Bəsdir artıq, yetər. Təcili sərhədləri bağlayaq, bu bıabərçılıq qurtarsın. Ya da sərhədləri geniş açaq, avtomobil idxal rüsumlarını 5 dəfə azaldaq (5 mindən 500 manata), həm özümüz təzə maşın sürək, həm də, əvvəlki kimi, Orta Asiya ölkələrinə təkrar ixrac edək və oradan qazanaq. Elə başqa məhsullar da onun kimi. Hərdən belə ağlaşmama qururlar ki, Azərbaycana köhnə maşin çox gətirirlər. Siz gömrük rüsumunu 5-6 mindın 500-600 manata salin, biz də o 5 mini əlavə edib yeni, 2-3 ilin maşınıni alaq? Ağlaşanlar da toxtaqlıq tapsınlar, gömrük məmurları da bir az arıqlasınlar, formaya düşsünlər. Hamı xoşbəxt olsun. Bu gün isə 5 minlik maşının 5-6 min də rüsumu var, əziz dövlətimiz də bunu normal hesab edir

Son yazılar