Müdafiə nazirləri Naxçıvanda nədən danışacaqlar? - AÇIQLAMA

“Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşünün keçirilməsinə xeyli vaxt əvvəldən hazırlıq başlanıb. Bu, üç nazirin ilk rəsmi görüşü olacaq”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin sabah Naxçıvanda keçiriləcək görüşü barədə danışan Gürcüstanın müdafiə naziri İrakli Alasaniya deyib.

Gürcüstan müdafiə nazirinin sözlərinə görə, görüşdə xüsusi hərbi vəziyyətlərdə ölkələrin kommunikasiya infrastrukturunun mühafizəsi barədə müzakirə aparılacaq. Həmçinin neft-qaz kəmərlərinin, dəmir yolu, rabitə infrastrukturunun mühafizəsi ilə bağlı tədbirlər planı müzakirə olunacaq. Görüşdə tədbirlər planının həyata keçirilməsi üçün razılaşma sazişinin imzalanması da nəzərdə tutulub.

Nazir bildirib ki, bu cür əməkdaşlıq regionda sabitliyin qorunması və gücləndirilməsi üçün əlavə istinad nöqtəsidir.

Qeyd edək ki, sabah Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar