"AVTOMOBİL ƏLİ HƏSƏNOVUN İSTİFADƏSİNDƏ QALIB..." - “Qaçqınkom”dan reaksiya

Ötən gün "AzPolitika.info" bəzi büdcə təşkilatlarına dövlət satınalmaları xəttilə bahalı avtomobillərin alınmasını tənqid edən yazı yayımlamışdı.

Yazıda tənqid olunan qurumlardan biri də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi idi. Komitə sədri üçün 179 min 444 manat qiymətində “BMW 740 Lİ” markalı xidməti avtomobil alınmasının ölkə rəhbərliyinin apardığı siyasətə uyğun olmadığı vurgulanmışdı. Həmin tənqidi yazı ilə bağlı Komitə bu gün açıqlama yayıb.

Açıqlamadan belə məlum olur ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, baş nazirin müavini Əl Həsənov vəzifəsindən azad edildikdən sonra xidməti avtomobili də özü ilə aparıb. Buna görə də Dövlət Komitəsinin sədri üçün respublikamızın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğun yeni maşın alınıb.

Əlavə şərh vermədən açıqlamanı təqdim edirik: "Kütləvi informasiya vasitələri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin xidməti avtomobili ilə əlaqədar məlumat yayaraq, ictimaiyyətdə yanlış təsəvvür yaratmağa cəhd göstərirlər.

Bununla əlaqədar olaraq bildiririk ki, ötən il dövlət başçısının apardığı struktur islahatları və mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlərin təyinatı çərçivəsində Baş nazirin müavininin, eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin səlahiyyətlərini yerinə yetirməsinə xitam verilmiş, Dövlət Komitəsinə yeni sədr təyin edilmişdir.

Bu zaman xidməti avtomobilin Baş nazirin müavininin istifadəsində qalması və yeni təyin edilmiş sədrin xidməti avtomobillə təmin olunmasına zərurət yaranması nəzərə alınaraq, yeni avtonəqliyyat vasitəsinin alınması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən mövcud qaydada dövlət vəsaiti ayrılmışdır. Xidməti avtomobilin alınması mövcud qanunvericilik əsasında həyata keçirilmişdir.

Xidməti avtomobilin markası seçilərkən onun respublikamızın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülmüşdür".

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Moshu 2019-01-28 18:57:15

Maraqlıdır, bu Az10AA203 nömrəli maşın deyil ki? O maşın ki, Sumqayıtdan Bakı istiqamətində şütüyərkən operativ nəqliyyat vasitələrinə məxsus olan işıq siqnallarından istifadə edərək az qala adamın belinə çıxacaq? Maraqlıdır, bu vəzifənin daşıyıcısının xidməti maşını belə siqnallardan istifadə edə bilərmi? Elə deyilsə Dövlət Yol Polisi idarəsi və stasionar postlar hara baxırlar?

sual 2019-01-28 18:57:15

Beyenmediyimiz onşu ölkələrdə hətta baş nazirlər belə 170 min dəyərində avtomobildə gəzmirlər. hələ binin saxlanma xərçlərindən danişmırıq. o ki qaldı bizdə bu çür ifrat dərəçədə xərçlərə belə qiymətə ən azi 10 qacqın ailəsinə ev tiib vermək olar. Usdəlik dyp verilən yeni avtombilləri demirik. elə dəyilmi ya?...Çan ay yetim metronu qaldırdılar...

Oqtay 2019-01-28 18:57:15

Vallah belə başa düşürəm ki yuxarılar da kefdir kim nə istəyir onu da edir nə sayı hesabı var ya soruşan

mikail 2019-01-28 18:57:15

Hansı əsasla dövlətin xidmət maşını Əli Həsənovla qalmalıdır? Hansı xidmətlərinə görə? Büdcədən əlavə vəsait ayrılıb yeni maşının alınmasına nə ehtiyac var idi?

TARİX 2019-01-28 18:57:15

NƏ ÜCÜN AZƏRBAYCAN İSTEHSALI OLAN XƏZƏR MAŞINI ALINMIR.O MAŞININ QİYMƏTİNƏ 3 QACQIN AİLƏSİNİ EVLƏ TƏMİN ETMƏK OLARDI. SADƏ OLUN CƏNAB MƏMURLAR,GÖZƏLLİK ONDADIR.

G M 2019-01-28 18:57:15

Qaçqın ``qara bayram`` 150000 minlik maşında gəzirsə ``BaşıQaçqın`` ,qaçqınbaşı 180000 minlik maşında gəzməlidir də.hələ sevinin ki,fəhlə qaçqın bədbəxtləri minib gəzmirlər

Mammadali 2019-01-28 18:57:15

..... var,kisi ozuna mashin alibda niyada almasin....

t.ədalət 2019-01-28 18:57:15

Ölkə nənəsi,qaynanası,anası və arvadı erməni olan məmurların əlində girinc qalıb.Əgər biz içimizdəki "erməniləri"n qarşısını ala bilmiriksə,onda işğal altında olan ərazilərimizi ermənilərdən necə azad edəcəyik?

Filosof 2019-01-28 18:57:15

Deyirem axiiii,Rovwen muellim dovletin vesaitini israf etmez. Sen birr iwe baxeee,men coxdan bu Werifovdan wubhelenirdim. Bizim budcemizi kor qoyan buymuw. Ancaq illernen 10 min manat qan pulu gozleyen wehid hebcilere Werifov nedense bu cur tez vesait tapib ayra bilmirdi. Hemcinin "uygunlawdirilmali" o qeder iwler var ki, bunlari Werifov demek ki bilerekden "uygunlawdirmir"! Ancaq kasib-kusubun pensiyasini artirmaga gelende nedense "uygunlawdirmaga" istinad yeri tapilmir!

Famil 2019-01-28 18:57:15

Yaxşı olardı ki,prezidentin tövsiyyelerini esas goturerdiler.Prezident defelerle qeyd edib,memurlar sade olmalidirlar,xalqa xidmet etmelidirler!Bele aciqlamalar ise sade insanlarda memurlara qarwi kin ve nifret yaradir!!!

Son yazılar