“ELÇİBƏY MƏNƏ VƏZİFƏ TƏKLİF ELƏDİ, İSA QƏMBƏR QOYMADI...” - "Ya təhsil, ya səhiyyə..."

“1992-ci ildə partiya yaratdım, ancaq onu Xalq Cəbhəsinin vaxtında qeydiyyatdan keçirmədilər. O vaxt Respublika Prokurorluğunun rəhbərliyinə məni dəvət edib dedilər ki, sənədlərini geri götür, partiya yaratma, sən ölkədə partiya yaratmaqla, siyasətlə məşğul olmaqla, ölkənin ictimai-siyasi prosesini pozursan. Məcbur olub geri götürdüm. Ondan sonra daha partiya yaratmaq fikrindən əl çəkdim”.

Strateq.az bildirir ki, bu sözləri Oxu.az-a müsahibəsində keçmiş Ali Sovetin sədri, 1992-ci ilin mart-may aylarında ölkə prezidentinin səlahiyyətlərini icra etmiş Yaqub Məmmədov deyib. Y.Məmmədov 1992-ci ildə hakimiyyətə gəlmiş Azərbaycan Xalq Cəbhəsinin dönəmində vəzifəyə təyinatı ilə bağlı bəzi məqamları açıqlayıb. O, bildirib ki, sabiq prezident Əbülfəz Elçibəy tərəfindən müşavir vəzifəsi təklifi alıb.

“Ali Sovetin sədrliyindən gedəndən sonra mən o zaman ölkə prezidentinin səlahiyyətlərini icra edən İsa Qəmbərin qəbuluna getdim. Mənim tərəfimdən təşəbbüs oldu, onlar məni dəvət eləməmişdilər. Getdim, Elçibəy də onun yanında idi. Elçibəy mənə dedi ki, siz işləmək istəyirsiniz? Dedim, siz təklif edin, mən deyim harda işləyə bilərəm.

Mənə bir neçə vəzifə təklif elədilər. Dedilər ki, qayıdın öz yerinizə, instituta gedin, rektor vəzifəsində işləyin. Dedim, o instituta təzədən qayıtmağım nə qədər məqsədəuyğundur? Yaxşı deyil. Onda Elçibəy təklif elədi ki, səni səhiyyə naziri təyin edək. Dedim, nə olar. Həmin vaxt səhiyyə naziri Rahim Hüseynov idi. Mən özüm təyin eləmişdim. Dedi ki, ya təhsil naziri, ya səhiyyə naziri. İsa Qəmbər tərəddüd elədi. Onda Elçibəy mənə dedi ki, gəl elə səni humanitar işlər üzrə dövlət müşaviri təyin edək, burda bir yerdə işləyək, sən təcrübəli adamsan və bizə lazımsan. Dedim, yox, bu aparatda (Prezident Administrasiyası nəzərdə tutulur – red.) artıq işləməyim, mənə yaraşmaz. Mən burda prezident səlahiyyətini icra eləmişəm, indi durum şöbədə işləyim, kimsə “knopka”nı bassın, gündə mənə göstəriş versin, mənə yaraşmaz bu”.

Yaqub Məmmədov daha sonra səhiyyə naziri postu ilə bağlı təklif aldığını bildirib: “Mənə müstəqil bir vəzifə, nə istəyirsiniz verin, mən də gedim, işləyim, bir az da kömək edim. Onda qərara aldılar ki, səhiyyə naziri olum. İsa Qəmbər dedi ki, səhiyyə nazirini Yaqub bəy özü təyin eləyib, o da cəmi üç aydır işləyir. Elçibəy dedi, nə olar, Rahimi də rektor təyin edərsən, gedib rektor işləyər, bir yerdə işləyərlər. Nəsə, qərara aldılar ki, məni səhiyyə naziri göndərsinlər. Elçibəy dedi ki, İsa bəy, sərəncamı verin, gedin təqdim edin, bu məsələni uzatmayın, bu gün həll edin. Dedi, yox, bəy, tələsik nəyə lazım. Sabah saat 11:00-da Yaqub bəylə görüşərik. O sabah saat 11 söhbəti o gedən getdi quyunun dibinə. Səhəri gün saat 11:00-da zəng elədim, telefonu götürmədilər, məni qəbul eləmədilər. Məndən sonra, görünür, öz aralarında nəsə söhbət oldu, kimsə nəsə müdaxilə elədi, neynədi, olmadı”.

Y.Məmmədov vurğulayıb ki, daha sonra Tibb İnstitutuna rektor təyin olunması barədə qərar imzalanıb: “Bircə dəfə İsa Qəmbərin imzası ilə kağız gəldi ki, qayıdım öz vəzifəmə – rektorluğa. Onun köməkçisi mənim də köməkçim olmuşdu – Gürşad Zərbəliyev. O gəldi, məni təbrik elədi ki, nəhayət, İsa Qəmbər qol çəkdi, siz rektor işləyə bilərsiniz. Sonra da kimlərsə onu-bunu öyrətdi, yazdılar, pozdular, qatıb-qarışdırdılar aləmi, qoymadılar işləməyə. Onda Elçibəyə nə qədər zəng elədim, əlaqə yarada bilmədim. İsa Qəmbərin yanına getdim, Ali Sovetdə hamı məni tanıyırdı, buraxdılar, getdim İsa Qəmbərin qəbuluna. O da dedi, baxaram, neyləyərəm, başından elədi. Sonra mənim müdafiə komitəmi yaratmışdılar, onlar İsa Qəmbərin qəbulunda olmuşdular. Mən Zəhra xanımdan sonra rektor olmuşdum.

Zəhra xanım da məni müdafiə edənlərin tərkibində gedəndə İsa Qəmbər demişdi, siz nə əcəb onu müdafiə edirsiniz? Demişdi, o məndən çox güclü adamdır, çox iş görüb və çox iş görə bilər, elə adamı işdən niyə çıxarırsınız? Demişdi ki, güclüləri çıxarıram, zəifləri çıxarmaq asan olur, bizə lazım deyil elə adam”.

635x100

Şərhlər

Arif 2019-01-29 19:23:49

Samir Dəmirəli-yə orduxanlaşmadanda o yana sizsiniz.Görəsən bu Samir mənə qarşı imzasız ağzına gələni yazanları oxumur yoxsa elə yazan budur nədənsə budəfə ad soyad göstərməklə izi itirmək istəyir mən 100%-iz deyərdim elə imzasız formda şərh yazan bu Samir çox narahatlığını ifadə edir.Lənət şeytana deyib düşünək bu Samir mən düşündüyüm kimi deyil təsədüfən arxivdən şərhləri oxuyub narahat olub onda bu Samir niyə həqiqəti yazmır axı təhqiri 1-ci yazan imzası olmayandır. Umud edək İnşallah buna aydınlıq gələr

Samir Dəmirli 2019-01-29 19:23:49

Ayıb olsun təhqir dolu şərh yazanlara. Bu nədir ağzınıza gələni yazırsınız. Lap hamınız orduxanlaşmızınız. Xüsusilə də bu Arif. Hörmətli Azpolitika öz açıq-bərabərlik prinsipini qoruyaraq, bütün şərhlərinizi buraxır.Siz şərhçi yox ey, şərçilər də bundan sui-istifadə edərək təhqir yağmulayırsınız. Düz adamsınızsa öz ad soyadınızı yazın.

Arif 2019-01-29 19:23:49

Halaypozan əkəbalaya tələsmə nə demək istədiyini gözəl anlayıram müraciyyətin bizdə forması özbəkcə deyil sözü üzatmayaq inşallah qismət olar görüşərik.

Arif 2019-01-29 19:23:49

Hörmətli oxucu hardasa sizin fikirlərinizlə razılaşıram ən azı sizə ayrı bölmədə adını gizlədənə isə ayrı bölmədə cavab yazaydım təsüüfki mən imzası olmayanın şərhinə əsəbləşərək umumi şərh yazmışam qaldı sizin Siruzun etirafına onun mənə heç bir aidiyyəti yoxdur doğrusu onun sizə yazdığını görmürəm mən sadəcə söhbətin nədən getdiyinə münsibətinizdə yanlış olduğunu irad bildirmişəm İnşallah yaxın aylarda mənə imzasız yaznı elə Az.Politka vasitəsiylə kimliyini bilərsiniz.Qorxutmaq zəiflik etiraf yüksəklikdir

Halaypozan 2019-01-29 19:23:49

arif eke, "eke " sozu tehqir deyil ,muraciet formasidir,Ozbekstanda hami biri-birine eke deye muraciet eleyir,hormet elameti olaraq,analoqu Azerbaycanda muellim kimi bir weydir.Кстати ,Amerikanida Amir aka adli bir ozbek kewv eleyib,вот честь этого узбека Америку называли Амireka.arif eke, menim coxlu ozbek dostlarim var mene Halaypozan eke deye mureciet eleyirler,fexr duyuram.Hormetle Halaypozan . P.S.Mene eke,muellim deye muraciet ele, не дай Бог bey deyesen ,beyin omru az olur.Hocca qal ekebala.

Arif 2019-01-29 19:23:49

Hörmətli oxucuya- belə tam taraqlı yazmaqdansa zəhmət çəkib mənim şərhimi diqətlə oxuyaydınız sizin barənizdə yalnız bir kəlmə bildirmişəmki müsahibədə bölüşən fikirlərə münasibət bildirmək yaxşıdır sonrakı sözləri "ikinci"sözü yazmaqla adını bildirməyənə cavabımı bildirmişəm.Qaldı sizin mənə məsləhətinizə "Ya həqiqəti de ya də sus"həqiqət qarşısında susmaq deyərdim cinayyətdir sadəcə fikrimdə bunu sizlərə bildirmişəm söhbət nədən gedir ona fikrimizi bildirsək yaxşı olar necə deyərlər olduğun kimi görün.

Arif 2019-01-29 19:23:49

Mənə eke ilə müraciyyət edənə, birinci- sizin əkə ...... ikinci- mənim müdafiyə komitəm özüməm, üçüncü- fikir bildirən, cavab yazan, kimsə imzasını şəxsiyyətiylə bildirir, imzasız insanlar atası məlum olmayan insanlar kimidirlər, üçüncü yaxın günlərdə sən kimi .... kimliyini elə AZpolitkadan sorğu vasitəsilə öyrəniləcək və məsxərəyə qoyduğun qanun qarşısında cavablanacaqsan.

Hörmətli Arif bəyə! 2019-01-29 19:23:49

Bismillahir-Rəhmanir-Rəhim. Hörmətli oxucudan. Hörmətli Zati-aliləri Arif cənablarına!Aşağıda yazlanlara cavab vermişəm.(Hörmətli oxucu kimi yazılan mənim şərhmdir.Onda sərh yazmışm). “Hörmətli oxucu və Məmmədrəsulə-ə, birinci Yaqub müəllim müsahibəsində rabitədən bir kəlmədə danışmır, eynilədə jurnalist bu barədə sual vermir, nədənsə sizlər səhiyyəni saxlayıb, rabitədən danışırsız, ikinci, G hərfinə münasibətiniz sizin səviyəsizliyinizi bildirir, üçüncü tanımadığınız, bilmədiyiniz şərh yazanı təhqir etmək üstəlik savadsız adlandırmağınız sizin özünüzün hansı təhqirlərə və savadsızlığa məruz qalmağından xəbər verir.Birdaha mənim şərhlərimə müdaxilə etsəniz qanun qarşısında görünəcəksiniz”. Ay bəy bunları Siz yazmamısınız?Şərhdə Arif yazılıb.Hörmətli Arif bəy bu yazınız əvvəlkilərdə müsbət tərəfə fəqlənir.Yəni inkişaf var şükür Allaha.Amma Siruz bəy kimi səhvinizi tam qəbul etmirsiniz! Vallah-billah belə olmaz. Ehtimal yaranır ki,bu yazan onun özüdür ya da onun admıdır.Niyə çox oxşarlıq var. Məsələnin narahatlıq yaradan tərəfi isə odur ki, şəxsi hikkənızın əsirinə çıxmaq istəmirsiniz. Buna fikir verirsiniz pis olmaz. “Odla oynamağa”məsləhət görülmür. Bu yerdə Konfutsinin bir fikirini demək istərdim. O deyirdi: “Balaca adam tarazlığının itirilməsinin səbəbini yalnız başqalarında görər”. Ağıllı insan öz səhvindən nəticə çıxarandır. , Rəbbimiz Sizə bu qədər lütf etsin.Ay bəy! Yalan sıx meşə kimidir: nə qədər uzağa getsən, çıxmaq da bir o qədər çətin olacaqdır.

Arif 2019-01-29 19:23:49

Hörmətli oxucu- hesab edirəm siz səhfən, mənim başqasına yazdığım fikiri özünüzə aid etmisiniz, ona görədə "yazan müəllim maymaqdır"təhqir edici söz ifadə etmisiniz, həm fiziki həmdə mənəvi cəhətdən sizlərə on qat formasında ondanda təhqiredicilik edə bilərəm, amma fikirləriniz aydındırki, fikrimi səhf bilmisiniz və sizdən xahiş edirəm ya səhfinizi etiraf edəsiniz, ya də yazdığınız təhqirli fikrinizin üstündə diyanəsiniz.

arife 2019-01-29 19:23:49

arif eke,sozum sene ve senin mudafiye komitenin uzvulerinedi (xususi ile sene yardimci olan arvad muellimeye)indi goster qeyretini (gede yasirki qeyreti olan rey yazar) gel qanun qarwisinda gorunek.Reyimi yazdim.

Hörmətli Arif bəyə! 2019-01-29 19:23:49

Bismillahir-Rəhmanir-Rəhim. Hörmətli oxucudan. Hörmətli Zati-aliləri Arif cənablarına! Sizin belə höcətləşməyəyinizin səbəbinə bir az aydınlaq gətirməyiniz məsləhədir!Bu gür yanaşma ən azı qeyri-sivildir və ədalətə qarşı çıxmaqdır. Maraqlısı budur ki,Sizə kim bu hüquqlrı verıb ki,insanlara mövqe bildirdiklərinə görə əsasız hədələyirsiniz. Bu cür münasibət ən azı Sizin özünüzə hörmət gətirmir”.Hörmətli Arif yazırsınız ki,” tanımadığınız, bilmədiyiniz şərh yazırsınız” Sual olunur Siz hardan blirsiniz mən onu tanamayıram? Mən onu çox yaxşı tanıyıram.O çox özündən “razı” və yalan danışan adamdir və s... Digər təfədən yazırsınız ki,”G hərfinə münasibətiniz sizin səviyəsizliyinizi bildirir”Hörmətli bəy izah edin bu nə deməkdir mən heçnə başa düşmədim?. Birdə deyirsınız ki, “Birdaha mənim şərhlərimə müdaxilə etsəniz qanun qarşısında görünəcəksiniz”. Mən sizin hansı şərhinizə müdaxilə etmişəm? Bu qədər yalan olar.Allahdan qorx.Hörmətli Arif bəy məndə bu yazılardan belə fikir yaranır ki,bunlar yazan müəllim maymaqdır! Çox istərdim fikirimi Mövlanənin sözü ilə başa vurum. “Ya həqiqəti de, ya da sus”!

Abdullah 2019-01-29 19:23:49

Arif bəyə yazan adam xəstə troldur.qeyrəti olan rəy yazar.Arifin GM-nin yazdığlna söz qoşmaz

Arif bəy-ə 2019-01-29 19:23:49

Gənc Molla adından sizə yazanları gözünuza,vecinizə almayın .çaşıblar.

İRADƏ Arif bəyə 2019-01-29 19:23:49

Qardaşım Hər başdan xərəbə fikir etməin.Bu saytda Gənc Mollanın yazdıqları bəzlərin çox yandırır.Bacarmayırlar.naləc qalıb Öz tərbiyəsini göstərirlər.Mollaya cavab yazmağa qudrətləri çatmayır

Arife-yazanin yazanina 2019-01-29 19:23:49

Bir var G herfinin heveskai olasan,birde var G alnina yazila.

Arif-ə G.M-dan 2019-01-29 19:23:49

Mənim müdafiəçim görüntüsü yaratmaqla özünü ağıllı sayırsanmı? Əksinə məni daha da...

Arif-ə 2019-01-29 19:23:49

G-dan sonra sənə də həvəs artdı.

Arıf-ə yazana 2019-01-29 19:23:49

Yazmaq G M-nın haqqıdır.Səni kimlərin də haqqı ``G `` hərfini müzakirə etməkdi.Hər kəs özünə sərf edən işlərlə maraqlanır.Siz G hərifinə həvəskar olduğunuz kimi))

Məmmədrəsul 2019-01-29 19:23:49

Yaxın tarixə dair maraqlı müsahibə dərc etdiyi üçün Redaksiyaya təşəkkürlər."Hörmətli oxucu" adlı şəxsin fikirləri ilə razıyam, xüsusilə, Sirus bəyin Azərbaycan rabitəsini pis vəziyyətə qoymasının şahidi olduğuma görə onun dedikləri həqiqətdi.

Arif-ə 2019-01-29 19:23:49

Bu G.M həmişə sarsaq-sarsaq fikirlər yazır. onun bir ağıllı fikrinə rast gəlməmişəm. Normal adamdırsa G olmasın, adam kimi öz adını yazsın.

Məmmədrəsul 2019-01-29 19:23:49

Azpolitikanın yaxın tarixə dair müsahibəsi qısa olsa da çox maraqlıdır və redaksiyaya təşəkkürlər. O dövrə dair "Hörmətli oxucu" adlı şəxsin yazdıqları ilə mən də razıyam . O çətin dövrü yaşayan bir vətəndaş kimi deyərdim ki, Sirus Abbasbəylini Rabitə Naziri təyin etməklə "cəbhə" hakimiyyəti 1992-1997-ci illərdə Azərbaycan rabitəsinin bir gözünü deyil hər iki gözünü kor etmişlər, onun vurduğu fəsadların aradan qaldırılmasına uzun müddət vaxt lazım olmuşdur...

Arif 2019-01-29 19:23:49

G M-yə, mən sizin şərhlərinizi daim oxuyuram və izahınıza məntiqli fikirlərinizə həmişə hörmətlə yanaşıram, nədənsə bu dəfəki fikirlə razılaşmıram, qarbaçovun erməni-fars birləşmələrin yaratmaq istədiyi xalq cəhbəsini şükürlər olsunki, onların əlindən aldılar, ondan sonrakılar mənəm-mənəmliyin, savadsızlığın, təcrübəsizliyin və ən pisi iki başlığın qurbanı oldular.

Hörmətli oxucu! 2019-01-29 19:23:49

Bismillahir-Rəhmanir-Rəhim. Hörmətli Yaqub müəllim Sizə salamımı çatdırıram.Sizi xalqımız yaxşı tanıyır.Siz müasir dövrün korifeyi,şəxsiyyəti və akademik kimi adınızı tarixə yazanlardansınız. Allahın ədalətinə sonsuz şükürlər olsun. Azərbaycan Xalq Cəbhəsi milləti ayıtdı, birləşdirdi və müəyyən yeniliklər etdi.Kadr siyasətində bəzi səhvlərə yol verdi.Nadr Şah Böyük Turan Dövləti yaratmaq azusu ilə yaşayan bir hökümüdar oğlunun gözünü çıxarartdıranda təəssüflə peşman olaq demişdi” Mən oğlumun yox Azərbaycanın bir gözünü çıxardım”. Uzunçuluq olmasın deyə, bir misal: -Sizi səhiyyə naziri təyin etməməklə bu sahənin bir “gözünü”çıxardilar; Digər tətəfdən S.Abbasbəylinin proteksionzm yolu ilə Rabitətə naziriri qoymaqla də bu sahənin bir “gözünü”çıxardilar; Bu bəy Rabitə nazirlyini savadzız fəaliyyətsiz bir kolxoz sədiri kimi idarə edilirdi.Rabitənin bütün sahələrində tənəzzülə uğamışdır. , AZƏRBAYCANIN BÖYÜK ŞAİRİ MƏMMƏDHÜSEYİN ŞƏHRİYAR YAZIRDI: BİZDƏN İRƏLİDƏDİR AVROPALILAR, CÜNKİ İŞİ İŞ BİLƏNƏ TAPŞIRIR ONLAR. ”. Zaman ədalətli hakimdir. Ölkəni xoşbəxt etmək üçün, qızıl-gümüşdən çox ədalət lazımdır.

TARİX 2019-01-29 19:23:49

YAQUB MÜƏLLİM COX TƏƏSÜF Kİ,QƏRB ÖLKƏLƏRİNDƏN FƏRQLİ OLARAQ BÖYÜK POTENSİALA MALİK İNSANLARIMIZDAN ÖLKƏMİZİN İNKİŞAFI NAMİNƏ İSTİFADƏ ETMİRİK.HÖRMƏTLİ ALİMİMİZƏ CAN SAĞLIĞI, UZUN ÖMÜR ARZULAYIRAM.

Ishfahanli 2019-01-29 19:23:49

Menim her bir kelmemi teftiw elemek(bawa duwmek,qanmaq)ucun adamda baw lazimdir,oda sende yoxdur.Men Ezop dilinde yaziram,olum.

Nofəl Bağırov 2019-01-29 19:23:49

Yaqub Məmmədov və şəcərəsi Azərbaycanın ləyaqətli, əsilzadə ziyalı kökənlərindəndir. Bunlar həmişə və hər işdə, harada olmalarından asılı olmayaraq, ləyaqətlə çalışıblar. Yaqub Məmmədovgil siyasət deyil, ali həyat insanlarıdır. Vicdan adamlarıdırlar. Olduqları yerdə kifayət qədər öncül xidmətləri olan ziyalılardır.

seymur 2019-01-29 19:23:49

Dollar Yaqub deyirdiler ela sehiyyenin buqunde olmasi kokleri tibb universitetin xemirinden yoqrulub

G M 2019-01-29 19:23:49

AXC ni qarbaçov yaratmışı.bu erməni-fars siyasəti olmaqla məqsəd ,təcrübəsiz adamların diktaturasını yaradıb Azərbaycanı dağıtmaq idi.Tədricən buna nail oldular.Bu gün də Azərbaycandakı siyasi-iqtisadi mühitin bünövrəsini o zamankı qaraguruh qoyub və hələ də xalq zülümdən çıxa bilmir

rasim 2019-01-29 19:23:49

Yakov ...!

Müfəttiş 2019-01-29 19:23:49

İsfahan burda deyil, 15 metr ki burdadır.Tullanan elə cəbhə hakimiyyətindən sohra da tullanardı....

Isfahanli 2019-01-29 19:23:49

O vaxtlar men Isfahanda 15 metr tullana bilirdim,indi neqeder honnaniramsa uzaga qetmir,ele ayagimin qabagina duwur,hemde indi adami hoppammaga qoymurlar deyirler agilli ol otur yerinde ,hoppanmaq olmaz olum.

t.ədalət 2019-01-29 19:23:49

....Mən "Azərbaycan" qəzetində işləyəndə İ.Qənbərin və Rəşad Məcidin birgə imzası ilə redaksiyaya məqalə gəlmişdi.Onlar Laçını iki rayona:Laçın və Minkənd rayonlarına bölmək təşəbbüsü qaldırmışdılar.Onlara Əsgəranı misal gətirdim.DQ-də rayonların sayının artması separatçılara sərf etmişdi..

Azad 2019-01-29 19:23:49

Medinstitutu ag gune chixartmishdini ki, hele bir nazirde olasiniz. ??!! Rushvetxorlugun piki sizin rektor oldugunuz illere dushur. Bir potok yoldashim vardi, biz onun uzunu yalniz 1- ci kursun sentyabrinda gorduk. 6 il instituta gelmeye- gelmeye , gulmeli olsada, qirmizi diplomla bitirdi institutu ve mehkeme- tibbi eksperti oldu. Amma. , ne yaziq ki, ishleye bilmedi. Savadi chatmadi ve omru tufeyli heyat surmekle kechdi.Eslinde ise, o yer( ekspert) bashqa elachi oglanin olmali idi.

Arif 2019-01-29 19:23:49

Hörmətli oxucu və Məmmədrəsulə-ə, birinci Yaqub müəllim müsahibəsində rabitədən bir kəlmədə danışmır, eynilədə jurnalist bu barədə sual vermir, nədənsə sizlər səhiyyəni saxlayıb, rabitədən danışırsız, ikinci, G hərfinə münasibətiniz sizin səviyəsizliyinizi bildirir, üçüncü tanımadığınız, bilmədiyiniz şərh yazanı təhqir etmək üstəlik savadsız adlandırmağınız sizin özünüzün hansı təhqirlərə və savadsızlığa məruz qalmağından xəbər verir.Birdaha mənim şərhlərimə müdaxilə etsəniz qanun qarşısında görünəcəksiniz.

Son yazılar