DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ HƏBSLƏR - Saxlanılanların sayı 13-ə çatıb (Yeniləndi)

Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri həbs edilib.

"AzPolitika" "Olaylar"a istinadla xəbər verir ki, aparılan araşdırmalar zamanı nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin çoxsaylı xarici ölkə vətəndaşlarına saxta yolla vətəndaşlıq pasportu verdiyi aşkar edilib.

Qanunsuz əməllərin üstü açıldıqdan dərhal sonra sözügedən idarənin 10-dan artıq yüksək vəzifəli zabiti həbs olunaraq barələrində həbs-qətimkan tədbiri seçilib.

***

Daxili İşlər Nazirliyi 10-dan çox vəzifəli şəxsin həbs edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, daxil olmuş məlumat əsasında nazirliyin aidiyyatı qurumu tərəfindən yoxlama aparılıb: “Məlum olub ki, Ucar Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun baş inspektoru, polis kapitanı Şahin Əhmədov xidməti vəzifəsindən sui-istifadə edərək müvafiq qanunvericiliyin tələbini kobud şəkildə pozmaqla bir neçə İran vətəndaşını Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edib.

İran vətəndaşlarının bu sənədləri əldə etməkdə məqsədləri MDB və Azərbaycanla vizasız gediş-gəliş imkanı olan digər ölkələrə sərbəst çıxış qazanmaları olub. Yoxlama zamanı polis əməkdaşı adına ləkə və daxili işlər orqanlarının nüfuzuna xələl gətirdiyinə görə Ş.Əhmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilib.

Faktla bağlı cinayət işi başlanılıb və Ş.Əhmədov da təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

O.Mansurzadə əlavə edib ki, 10 nəfərin həbs olunması ilə bağlı deyilənlər şişirdilmiş məlumatdır və əsassızdır.

***

Xarici ölkə vətəndaşlarına saxta yolla vətəndaşlıq pasportu verdiyinə görə həbs olunan DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşlarının sayı 13 nəfərə çatıb.

Bu barədə "Olaylar" agentliyinin bugünkü məlumatında bildirilir. Məlumatda qeyd edilir ki, qanunsuz əməllərin üstü təsadüf nəticəsində açılıb. Belə ki, Azərbaycanda yaşayan İran vətəndaşı nazirliyin pasport qeydiyyatı və miqrasiya idarəsinə qeydiyyat üçün çağrılıb. Həmin şəxs isə Azərbaycan vətəndaşı olduğunu təsdiq edən pasportu təqdim edib. Həmin sənədin necə əldə edilməsilə bağlı aparılan araşdırma zamanı baş vermiş qanunsuz əməllərin üstü açılıb.

635x100

Şərhlər

Abdulqadir- mehi 2019-01-30 17:49:14

Milli kishinin yazdiginda teecüblü ne var ki? Adam achiq-ashkar yazir ki, kimlerse ellerinin altinda qul buyrugu halina getirdikleri gözü kölgelileri istedikleri kimi,,oynadir,,.Oyundan dünya xeberdar olanda oynatdiqlarini qurban verirler.Eks teqdirde bir herfe göre arayish teleb eden buyruq qullari ne karedirler ki,Iraqdan getirilmislere Azerbaycan vetendashi pasportunu vereler.Bu pasport verilmishler günlerin bir günü haqqini teleb edenleri küchenin ortasinda zopalayanda teecüb nedir gözün berele qalacaq.

Istefada olan ,,OBYEKTIV,, polise 2019-01-30 17:49:14

Qedesh,ecaba GM-in ishini ,,arashdirdiqdan,, sonra istefa veribsen ki, onu dolandiranin atdigi 1000 manatin 500 edildiyinden xeberin var? Üze durmaq ve durdurmagi o qeder verdish edibsiz ki,istefa verdikden sonra da obyektivliyini qorumaga chalishan bir saytda GM-nin yazdigi 1000 reqemini milletin gözüne 500 kimi üflüyürsen.

mehi 2019-01-30 17:49:14

Milli kisi muallim manda raylari oxuyanda siza taaccub eladim .....

Millikişi 2019-01-30 17:49:14

Buradakı rəyləri oxuyanda primitivlikləri məni heyrətə gətirdi. Çox tərəddüd etdim fikir yazmağa. Dözənmədim, dözmək olmur. Hər şeyin alınıb-satıldığını eşitmişdik, amma Azərbaycan Respublikasının Vətəndaşlığının!!, bu müqəddəs adın!! rüşvət və alqı-satqı predmeti olacağını.... Üstəlik ört-bas edirlər. Axı, Şəxsiyyət vəsiqəsi xüsusi mühafizə olunan elektron sistemdən toplanan məlumatlar əsasında Respublika Vətəndaşlarına verilir. Necə olur ki, bir dılğır inspektor təkbaşına «vətəndaşlıq sənədi satışı köşkü» açıb yadellilərlə şıdırğı alver edir. Biabırçılıq! Rəzalət! Bu Vətəndaşlığı qoruyub şəhid olanların və millətin .... Ranqından asılı olmayaraq bu banda ifşa edilməlidir.

EJDER 2019-01-30 17:49:14

AY ,HACI MEMMEDOV TUTULANDA YADINIZA SALIN...TOXUNULMAZDI...KIMI LAZIMDI...QORUYUR

G.M.-ya istefada olan polisden 2019-01-30 17:49:14

Mustentiq kimise buraxanda ve ya tutnda prokurora meruze edir.Sizin meselede cinayet terkibi olmadigindan hemin shexs buraxilib.Bir de ki,ogurluq zamani deymish maddi ziyan 500 manata qeder olduqda bu xirda talamadir.Qanunvericilikle de hemen shexsler tutulmur.Ona gore de obyektiv olmaq lazimdir.

Abit 2019-01-30 17:49:14

Bunun adı xeyanetdi,ne bilirsen mençe killere,neçe terroriste bele senedler verilib,hara baxırlar?Dehşetdi

Qusum 2019-01-30 17:49:14

polisi legv edib yeniden qurmaq lazimdu

ilqar 2019-01-30 17:49:14

dostum 500 yuz manati onlara verib

Ilqar 2019-01-30 17:49:14

Man butun maqalalarimda va warhlarimda bildirmiwam.... istefa verin, basdirin yigdiginiz milyardlar, haram xowunuz olsun.

sual 2019-01-30 17:49:14

mənim polisim məni qoruyur deyən əhali indi ozunu polisdən qorumağın yollarını axtarir bu nə ya?...

sual 2019-01-30 17:49:14

xətai rayon pasport xidmətinin rəisi DİN kadr idarəsinin rəisi Rafiq Abbasovun baçısı oğludur....

G M 2019-01-30 17:49:14

Demək olar ki Bakıda xırda oğurluqla məşul olanlara da DİN-nin əməkdaşları..ən çox da müstəntiqləri himayədarlıq edir.Bu barədə iki il öncə DİN-ə məlumat yazsam da xeyiri olmadı.Dələduzluq edib 1000manatımı alan adamı Suraxanı polisi aradan çıxartdı

Ağsaqqal 1 2019-01-30 17:49:14

Bir köhnə lətifə yadıma düşdü :-,,Millət dəli olanda qazının yanına gedir ,bəs qazı dəli olanda hara getsin ? ...,,

yengibar 2019-01-30 17:49:14

Bir neçə ay əvvəl bir şirkətə yolum düşmüşdü.Gördüm nədənsə narahatlıq var.Soruşdum, dedilər qeydiyyatçı xanımın telefonunu oğurlayıblar. İçəridə biri formada digəri adi geyimdə 2 polis nəfəri var idi.Adi geyimli düşmüşdü xanımın üstünə ki, mütləq bölmədə izahat verməlisən.Xanım da getmək istəmirdi. Nə isə, 1-15 dəqiqə sonra bir işçi gəldi ki, məsələ həll oldu.Müdir soruşdu ki, necə? Dedilər, "ucastkoviy" 200 manat verəcək, üstünü də özünüz düzəldin, telefon alın!!! İnsan məəəəətəl qalır...

Son yazılar