“Buta Airways” qeydiyyatı 3 dəfəyədək bahalaşdırdı

Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti və “AZAL”-ın struktur bölməsi olan “Buta Airways”də sərnişinlərin qeydiyyatı və əyləşdirilməsi qaydaları dəyişdirilir.

Şirkətdən daxil olmuş məlumata görə, bundan sonra, uçuşa avtomatik qeydiyyat zamanı bir bron çərçivəsində aviabilet alan bütün sərnişinlər sistem tərəfindən bir-birinin yanında pulsuz olaraq əyləşdiriləcək. Lakin fevralın 1-dən etibarən uçuş hava limanlarında qeydiyyatın qiyməti 8 avro təşkil edəcək (indikindən 2,7 dəfə çox). Məlumatda qeyd olunur ki, bu addım qeydiyyat masalarında növbələrin azalmasına və aviaşirkətin cədvəlində gecikmələrin minimallaşdırılmasına imkan verəcək.

Saytda onlayn-qeydiyyat əvvəlki kimi pulsuz xidmət olaraq qalacaq.

Öncədən onlayn qeydiyyatdan keçmiş baqajla səyahət edən sərnişinlər hava limanında pulsuz "Baqajın qəbulu" (Baggage Drop) masasından istifadə edə bilərlər. Onlayn qeydiyyatdan keçən sərnişinlər üçün minik talonunun çap edilməsi xidməti də pulsuz olaraq qalacaq.

Deməli belə nəticə çıxarmaq olar ki, onlayn qeydiyyatdan keçməyənlər üçün bu xidmət də pullu olacaq.Ümumiyyətlə, son zamanlar “Buta Airways”in xidmətindən istifadə edən sərnişinlər xidmətlərə və baqajlara görə ödəmələrin yüksək olmasından gileylənirlər. Onu da qeyd edək ki, “AZAL”-ın əsas gəlirli və tələbat yüksək olan xətləri “Buta Airways”in ixtiyarına verilib. Bu isə sözügedən şirkətin yüksək gəlir əldə etməsilə yanaşı, qiymətləri istədiyi kimi təyin etməsinə imkan yaradır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar