BANK SAHİBİNİN OĞLU QƏZA TÖRƏTDİ - AA nişanlı maşın dərəyə aşdı (FOTO)

Magistral yolda 3 avtomobil toqquşub.

"Qafqazinfo"nun məlumatına görə, Bakı-Quba yolunun Abşeron rayonuna düşən hissəsində 3 avtomobil toqquşub. Magistral yolda "Mercedes" markalı 10 AA 730 , "Mercedes" markalı 99 NL 847 və "Hundai" markalı 90 VJ 997 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Hadisə zamanı "Mercedes" idarəetməni itirərək dərəyə aşıb. Sürücü yüngül xəsarət alıb.

Hadisə yerinə Baş DYPŞ-nin əməkdaşları cəlb olunub. Qəzanın dəqiq səbəbləri araşdırılır.

"AzPolitika.info" dəqiqləşdirib ki, qəzaya düşən avtomobillərdən birinin - "Mercedes" markalı 10 AA 730 dövlət nömrə nişanlı bahalı avtomobilin sükanı arxasında tanınmış iş adamının, "Bank Respublika" ASC-nin prezidenti Natiq Quliyevin oğlu Saday Quliyev olub. Onun yüngül xəsarət aldığı, hadisənin də məhz bank sahibinin oğlunun günahı ucbatından baş verdiyi bildirilir.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar