Sumqayıtda 21 yaşlı qız itkin düşdü

Sumqayıt şəhərində işlədiyi mağazadan çıxan qız itkin düşüb.“Report”un məlumatına görə, Sumqayıt şəhəri, 52-ci məhəllədə fərdi evdə yaşayan, 1998-ci il təvəllüdlü Xədicə Rizvan qızı Kərimli işlədiyi Sumqayıt şəhər, 2-ci mikrorayon ərazisində yerləşən qadın geyimləri mağazasından yanvarın 17-də işdən çıxıb və bir daha geri qayıtmayıb.

Xədicə Kərimlinin əlamətləri: boyu, təxminən 160 sm, ağbəniz, orta bədən quruluşlu, gözlərinin rəngi qonur, saçı uzun və çəhrayı rəngdədir.

Evdən çıxarkən əynində qara rəngli papaqlı gödəkçə, qara cins şalvar və ayağında ağ rəngli idman ayaqqabısı olub.

X.Kərimlini görənlərdən xahiş olunur ki, bu barədə Sumqayıt Şəhər Polis İdarəsinə və ya (018) 65-4-44-81, 055-286-39-46, nömrəli telefonlara zəng edərək məlumat versinlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar