"Fənərbağça"nın müdafiəçisinə üç oyunluq cəza

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Fənərbaxça"nın futbolçusu Martin Şkrteli cəzalandırıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Türkiyə kubokunda "Ümraniyespor"la cavab matçında rəqibin sifətinə dirsəyi ilə vurduğu üçün qırmızı vərəqə alan slovakiyalı müdafiəçi 3 oyunluq diskvalifikasiya olunub.

Cəzasının bir oyununu dünən Superliqanın 19-cu turunda "Malatyaspor"la qarşılaşmada çəkən Şkrtel "Göztəpə" və "Kayserispor"la görüşləri də buraxacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar