“NAZİRLƏR KABİNETİ İSTEFAYA GÖNDƏRİLMƏLİDİR!” – “Qara ləkə kimi qalacaq...”

“Dövlətin nüfuzunu qorumaq üçün ən azından Nazirlər Kabineti ya özünü buraxmalı, ya da istefaya göndərilməlidir”.

“AzPolitika.info”nun məlumatına görə, bunu Azərbaycanın beynəlxalq korrupsiya hesabatında mövqeyinin daha da pisləşməsini şərh edən iqtisadçı Qubad İbadoğlu təklif edib.

Onun fikrincə, Azərbaycanın sözügedən reytinqdə bərbad yerdə olmasından böyük biabırçılıq ola bilməz, baş verənlər tarixdə qara ləkə kimi qalacaq, hamımızı xəcalətli edəcək.

“Korrupsiyaya dair hesabata görə əslində Azərbaycan 180 ölkə arasında 152-ci yerdə qərarlaşmayıb, Kamerun, Madaqaskar, Nikaraqua və Tacikistanla birlikdə və eyni balla 152-156-cı yerləri bölüşdürür. Bu o deməkdir ki, Azərbaycan əvvəlki mövqeyindən 30-34 pillə geriləyib və dünyada korrupsiyanın artım sürətinə görə "çempion" olub. Azərbaycanda korrupsiyanın sürəti o qədər yüksək olub ki, əvvəlki siyahıda bizimlə yanaşı olan Qazaxıstanı və Cibutini ən azı 28 pillə, bizdən pis mövqedə olan Rusiyanı və İranı 14 pillə, Nigeriyanı 8, Uqandanı isə 3 pillə qabaqlayıb. Bu sürət davam edərsə, Azərbaycan gələn il nəinki Zimbabveni, İraqı və Venesuelanı ötər, hətta Şimali Koreyaya, Sudana və Suriyaya da çata, Somalinin əlindən "birinciliyi" də ala bilər”.

Q.İbadoğlu bildirib ki, Azərbaycanda baş verən hətta adını çəkdiyi ölkələrdə baş versəydi, hökümətlər istefaya gedərdi.

“Odur ki, dövlətin nüfuzunu qorumaq üçün ən azından Nazirlər Kabineti ya özünü buraxmalı,ya da istefaya göndərilməlidir. Çünki korrupsiya ilə mübarizə milli təhlükəsizliyin təminatı qədər önəmlidir, korrupsiya nərdivanında bir ildə ən azı 30 pillə qalxmaqdan böyük biabırçılıq ola bilməz”.

Azərbaycan korrupsiya səviyyəsinə görə dünyanın 180 ölkəsi arasında 152-ci yeri tutur. Beləliklə, ölkə ötən illə müqayisədə 30 bənd aşağı düşüb. Beynəlxalq Transparency İnternational təşkilatının yanvarın 29-da dərc etdiyi Korrupsiya İndeksinin gəldiyi nəticə belədir.

Təşkilatın hesabatında qeyd edilir ki, son beş ildə Azərbaycanda korrupsiya səviyyəsində müsbət dinamika müşahidə olunub. Amma ötən il ölkədəki mənfi proseslərin gizlədilməsi məqsədilə Avropa qurumlarının ələ alınması faktları aşkar edilib. Xüsusən, "Azərbaycan landromatı" hesabatı Avropa Şurası deputatlarının mütəşəkkil şəkildə ələ alınması, böyük pul məbləğlərinin köçürülməsi faktlarını aşkar edib, deyə hesabatda qeyd edilir.

Qeyd edək ki, Korrupsiya İndeksində Gürcüstan 41-ci, Ermənistan 105-ci, Rusiya və İran 138-ci yeri tutub.

Korrupsiya İndeksi ekspertlər tərəfindən məlumatların təhlili əsasında müəyyən edilir.

“AzPolitika”dan: Hesabatdan da göründüyü kimi, Azərbaycanın reytinq siyahısındakı yerinin kəskin pisləşməsi Avropa qurumlarının ələ alınması faktlarının aşkar edilməsilə bağlıdır. Ümumilikdə isə 2018-ci ildə Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində çox ciddi addımlar atılıb və nəticələr əldə olunub ki, bunlar Azərbaycanın siyahıdakı mövqeyini yaxşılaşdırmalı idi. Bu dediklərimizə misal kimi gömrük və vergi orqanlarında aparılmış çox ciddi islahatları göstərmək olar.

Bu baxımdan, Korrupsiya İndeksində Azərbaycanın birdən-birə 30 bənd aşağı yuvarlandırılması qərarının siyasi motivli olduğunu iddia etmək üçün əsaslar var.

V.Nəsibov

635x100

Şərhlər

Qubad bəyə 2019-01-30 10:04:58

Bu məmləkətdə normal həyat şəraiti yaratmaq üçün korrupsiya.rüşvət sistemi dəyişməli,Konstitusiya,qanunlar işləməli və hamıya tətbiq edilməlidir....DEmokratik bir ölkəy çevrilməlidir.Yalnız bu zaman Azərbaycan irəliyə doğru addım ata bilər,tənəzzülə son qoyular.Bunun başqa yolu görünmür

azad 2019-01-30 10:04:58

152-ci yer bizim ücün yaxşıyer göstərilib bizim yerimiz 180-ci yerdir. doğulandan ölənədək rüşvət veririk.uşaq doğlur rüşvət bağcaya ğedir rüşvət məktəbə ğedir rüşvət məktəbi qurtarır rüşvət işə ğirir rüşvət ölürük rüşvət.

yusif-1313 2019-01-30 10:04:58

Haminiz bilirsiniz ki HK Azərbaycanda nominal qrumdur.Rəhbərliyində isə işinin adi məlum olmuyub 150 min AZN dəyərində maşinlarda gəzənlər otururlar.

BAKILI 2019-01-30 10:04:58

Qubad bey bu yerin neyi pisdir wukur edin ki 180 yerde deyilik

TARİX 2019-01-30 10:04:58

SSRİ DÖVRÜNDƏ BEŞ İLLİKLƏR VARDI.İQTİSADİYYATIN İNKİŞAFI ÜCÜN PROQRAMLAR TƏRTİB EDİLƏRƏK İCRA OLUNURDU.DÜNYANIN QƏDİM DÖVLƏTLƏRİNDƏN OLAN CİN SOSILİZMIN YAXŞI XÜSUSİYYƏTLƏRİNİ GÖTÜRUB KAPİTALİZMİN YAXŞI CƏHƏTLƏRİNİ TƏKAMÜL YOLU İLƏ BİRLƏŞDİRMƏKLƏ QISA MÜDDƏTDƏ DÜNYANIN 2-Cİ ƏN CÜCLÜ İQTTİSADİYYATINI YARADIBLAR.KORRUPSİYA QARŞI GİDDİ MÜBARİZƏ APARIRLAR.ONLARDAN MÜBARİZƏ QAYDALARINI ÖYRƏNMƏYƏ NƏ MANE OLUR QUBAD BƏY. KONFUTSİ DÖVLƏTİN VARLIĞINI:MƏNƏVİYYATDA,İQTİSADİYYATDA,HƏRBİ QÜVVƏLƏRİN VARLIĞINDA GÖRÜRDÜ.

YENGİBAR 2019-01-30 10:04:58

Bu mümkün olan iş deyil! AZərbaycan orda 180- ci yerdə olmalıdır. Azərbaycanda da 1-ci yerdə POLİS- dir.

zaza 2019-01-30 10:04:58

Olkmize munasibetin pislesmesinin sebebi ASPA daki deputatlarimizin yaritmaz siyasetidir. Axi o nufuzsuz vekilleri niye saxlayirlar ki. Bezileri hec ingilisce serbest danisa bilmir

antiAbu 2019-01-30 10:04:58

Baş nazirin müavini Hacıbala Abutalıbov 2004-cü ildə Baçı şəhər İcra Hakimiyyətinin binasında rayon İcra Hakimiyyətləri Başçılarının iştirakı ilə keçirilmiş iclasda özünü "iyrənc rüşvətxor" adlandırdı. Bu hadisəyə onlarla məqalə həsr olundu. Məmur özünü "iyrənc rüşvətxor" adlandırdıqdan sonra Baş Prokurorluq onu məsuliyyətə cəlb etmədi. Bu cür məmuru irəli çəkib, Baş bazirə müavin təyin etdilər. Bu məmurun 75 yaşı var. Nazirlər kabineti təqaüdçülər klubudur. İstefanı Hacıbaladan başlamaq lazımdır!

t.ədalət 2019-01-30 10:04:58

Novruz müəllimin iqtisadiyyata heç bir aidiyyəti yoxdur.O,bir fransız dili müəllimidir.Uzaqbaşı aktyorluq edə bilər."Fransız" filmində rola da çəkilib.(senari müəllifi Əmir Pəhlivan).

Arif 2019-01-30 10:04:58

Zaza-yə, orda ingilis dilində danışmaq mütləq deyil, yaxşı olar öz dilində danışsınlar, indi zaman o, zaman deyil, bütün dillərin texniki vasitələrlə tərcüməsi var.

EJDER 2019-01-30 10:04:58

HESAB EDIREM KI,BIZDE HER WEY IMITASIYADI,YALANLAR,BOW BOW VEDLER AXIRIDA...X.GOMRUKDE GENERALLARIN SAYI ORDU GENERALLARININ SAYINDAN COXDUR.GOMRUK KIME LAZIMDI,GURCULERE BAXINDA...NECE BAW NAZIR DEYIWIBLER,BIZIM PULUMUZA GORUN NECE ESL INKIWAF EDIRLER...KORRUPSIYA MONOPOLIYA TUQYAN EDEN HAKIMIYYETDE INKIWAF HEC VAXT OLA BILMEZ....

G M 2019-01-30 10:04:58

Qubad bəyin analizini NK-də müzakirə etməyəcəklər.Çünki Azərbaycanda NK -i JEK kimi nüfuzu olmayan bir təşkilatdır.Heç bir nazirliyin işinə müdaxilə edə bilməyən ,ölkə iqdisadiyatında rolu olmayan,büdcə mədaxil və məxaricindən xəbərsiz,nazirliklərdən hesabat tələb eləmək imkanından mərhum olan bir ``kabnet`` nəyə gərəkdir ki.

Son yazılar