"ƏMƏKDAŞLARIMIZI RÜŞVƏTƏ CƏLB ETMƏSİNLƏR..." - Gömrük Komitəsinin sədri

"Sahibkarlar bu cür hallardan əl çəkmək istəmir"

“2018-ci il gömrük orqanları üçün bir çox sahələrdə uğurlu il olub”.

“Report”un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bu gün gömrük əməkdaşlarının peşə bayramı münasibətilə bağlı keçirilən kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, keçən il gömrük sistemində aparılan islahatlar və bu sahədəki nailiyyətlər bunu deməyə əsas verir: “Xüsusilə də fiskal siyəstdə böyük uğurlar əldə edilib. Ötən il büdcə ödənişlərin öhdəliyini 1 milyard manatdan artıq həyata keçirilməsi komitənin ən böyük uğurlarından biridir”.

S.Mehdiyev bildirib ki, ötən il gömrükçülər 1,2 tona qədər narkotik vasitə aşkar edib ki, bu da ölkənin gömrük sisteminin tarixində rekord göstəricidir. Müsadirə edilmiş narkotikanın böyük hissəsi heroin olub.

Bundan başqa, DGK sədrinin sözlərinə görə, bu gün gömrük sistemində kadr islahatları öz nəticəsini verməkdədir: “Bir neçə gömrük inspektorunun eyni işi görməsinə, “ötür-ötür” oynamasına son qoyulub. Bu gün demək olar ki, bütün kadrlar öz yerindədir”.

S.Mehdiyev vurğulayıb ki, ötən il bir neçə gömrük əməkdaşı tutduğu vəzifəyə və daşıdığı rütbəyə hömətsizlik edib, rüşvət və korrupsiyaya bulaşıb: “Ancaq onlar bu gün gömrük sistemində yoxdurlar və hüquq mühafizə orqanlarında işlərinə baxılır, onlara qarşı cinayət işi açılacaq. Düşünürəm ki, bu, digər əməkdaşlara da bir siqnal olmalıdır. Belə əməkdaşlar, öz işinə və peşəsinə hörmət etməyən adamlar bizim sıralarımızdan gedəcək”.

Onun sözlərinə görə, rüşvət almağa cəhd edən gömrük əməkdaşları qanun qarşısında cavab verəcəklər: “Belə hallar bu gün də var. Bu məsələni Komitə ciddi araşdıracaq. Belə halların qarşısı qısa müddətdə alınmalıdır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam edəcək. Bəzi gömrük əməkdaşları iclaslarda xəbərdarlıqlarımıza baxmayaraq gömrük andına sadiq qalmadılar və bu işə xələl gətirdilər. Biz bu sahədə qəti addınlarımızı bu il də atacağıq. Tamahını idarə edə bilməyənlər bizim aramızdan gedəcək, özü də çox pis şəkildə gedəcək. Sahibkarlara müraciət olunub ki, əməkdaşlarımızı korrupsiyaya və rüşvətə cəlb etməsinlər. Sahibkarların rüşvət təklifləri ilə bağlı xüsusi əməliyyatlar keçiriləcək. Sahibkarlar bu cür hallardan əl çəkmək istəmir. Cari ildə də belə faktlar mövcuddur. Bu sahədə ciddi tədbirlər görüləcək və icraçılar aidiyyatı qurumların rəisləri olacaq".

635x100

Şərhlər

avam şoferə 2019-01-30 14:43:31

Ay şofer,rüşvətxor.acgöz məmur nə zamandan sənin qürur mənbəin olub?Bunlar əslində xəcalət torbasıdır ki, YAP tikib və boyunlarından asıb. Millət qalıb pərakəndə. Səsini çıxarsa işi ləngiyir və hətta pozulur.Şikayət etsə,şikayətinə baxan olmur.Millət qalıb anlaşılmaz vəziyyətdə.Qanun işləmyən ,rüşvət,korrupsiya.monopoliya cövlan edən ölkədə millət zülüm çəkir.Səsini eşidə isə yox! Ümid qalıb Allaha.Ümidin ki, qalır Allaha,ölən günün sal yada!

Umid 2019-01-30 14:43:31

Tanımıram onu. Ancaq yəqin ki o kömrükdə vəzifədə işləyib. Əgər belədirsə orda öyrənib,rüşvət tərbiyəsi elmi alıb. Nala mıxa vurur. Onun dediyi cümlə o deməkdir ki orada yenə rüşvət var və olacaq.

Dadaş 2019-01-30 14:43:31

Hansı islahatdan danışırsan. Evvelkinden betərdi

Mehdi 2019-01-30 14:43:31

Rusvete,korrubsiyaya gore Azerbaycani 152 ci yere getirib cixartdiniz.Beynelxalq teskilatlarin hesabatina gore.Nigeriya,Nikaraqua ile bir yerdeyik.Utanmirsız hele bir danisirsız....Sen ve senin kimiler bu olkeni bu gune saliblar.Sen indi komite sedri olmusan,bundan qabaq da birinci muavin idin deee.Guya temizlenib cicek kimi tertemiz olmusan.Helede gomruk islerinde Gurcustanin 10 faizine de catmamisiniz.

Amon 2019-01-30 14:43:31

Rusvetden siz danismasaz lap ela olar insanlarin esebleriyle oynamayin cenab mehdiyev.....rusveti ya hec vaxt almamalisan ya da hemise almalisan ortasi yoxdu.sadece indi leqallasdiriblıb ruvet, ona gore bele danışırsan

vuqar qasimzade 2019-01-30 14:43:31

Ebulfezin krishasi bele danishanda adamin eti tokulur.BUTUN OLKEDE KI SAHIBKARLAR, IW ADAMLARI SENI YAXSHI TANIYIR.....

rawad 2019-01-30 14:43:31

yalan sohbetti gomrukde rusvet evvelkindende beterdi. xaricden getirilen hec bir senedi qebul etmirsiz.daxili bazar qiymetleri ile yani ozunuzun mueyyen etdiyiniz qiymetlerle rasamojka edirsiz.is adami 1 manata aldiqi sizin ucbatinizdan vetendasq 3 manata satir.ona gore ki hec bir sirketin senedini yaxina buraxmaq istemirsiz.

Gömrükçülərə 2019-01-30 14:43:31

....İnsan qulağına qulaqcıq taxıb lovğa-lovğa layiq olmadığı kresloda oturdulanda bundan nə gözlənilə bilər ki? ... Rüşvət zorka verilir? Yoxsa adamı sıxışdırıb alırlar?

Veteran 2019-01-30 14:43:31

Men hec bilmirdim ki, sahibkarlar gomrukculere zorla ruwvet teklif edirmiw. Yaxwi ki demirsiniz ki, emekdawlar bundan imtina edende sahibkarlar pullari onlarin ustune atib qacirlar! Siz yaxwi olar ki, "pul teklifi" ile evvelce butun emekdawlarinizi sinaqdan kecirin sonra zorla size ruwvet teklif eden sahibkarlara qarwi emeliyyat kecirersiniz!

EJDER 2019-01-30 14:43:31

ALLAH CELIL MEMMEDQULUZADENI REHMET ELESIN...BU GENERALIN MENTIQINDEN SONRA WEXSEN MENDE ELE TESSURRAT YARANDIKIVE BELE HESAB ETDIM KI,ANALOQU OLMAYAN INKIWAFIMIZIN,INDEN BELE HEC VAXT...OLMAYAJAQ.BIRDE KI,BARMAQDI,XEBERDARLIQDI...BELE WEYLERI TEZ TEZ EDIN.UMUMIYYETLE,GOMRUK KIME LAZIMDI

yengibar 2019-01-30 14:43:31

Elə bil broker Əbülfəzin talan dövründə bu kişi yatmış imiş axı? hər il on milyardlarla pulu yeyəndə görəsən harda imiş? İndi də elə danışır, elə bil sahibkarlar yeyibmiş o pulu.Adamın yadına Qaçqınkom Əli Həsənovun .... düşür. Başa düşmürəm, nə böyük işdir gömrük işi? Burda nə var axı, gömrükdən keçən malın vergisini yığmaq nə vaxtdan qəhrəmanlıq olub.Vergidə 1 idarə bunun üşün tam kifayətdir. O ki qaldı oğrulara, şükürlər olsun, bu ölkədə onları hamı tanıyır.

Sahib 2019-01-30 14:43:31

Rüşvəti əhalidən zorla çıxarmağın yolları var. Yəqin ki bu ölkədə bütün məmurlar bu çirkin yolları yaxşı bilir. Çünki rüşvət almayan məmuru ağıla gətirmək bir az çətindir.

G M 2019-01-30 14:43:31

Bir İ H Başçısının görüşünə getmişdik.Oturduq,durana kimi``Təzə`` Başçı haqsızlığın,rüşvətin əleyhinə o qədər danışdı ki,bütün mövzular kölgədə qaldı.Görüş yekunlaşdı karidorla həyət düşürdük ki,yaxından tanıdığım bir nəfərlə rastlaşdım.Dedim axır ki,bundan sonra bir gün görərsiniz .Tanışım bığaltı gülümsədi.Dedi ki,``Bu gələndən 3 gün olar ki,toyuq saxlayana da haqq qoyublar``.Nədənsə cənab S.Mehdiyev mənə o başçını xatırlatdı.

Arif 2019-01-30 14:43:31

Yadıma olan bir əhvalat düşdü qnşuluqda qızla oğlan sevişirdilər artıq hamı bunu bilirdi günlərin birində qızın atası gəldi oğlanın atasının üstünəki birdə sənin oğlunu qızımla görsəm onu öldürərəm! Cərulla Nərulla gildə içki içəndən sonra gedir evə bu zaman arvadı onu bu vəziyyətdə görüb gəlir Nərulla gilə söyür təhqir edir nƏRULLA HEÇNƏ OLMAMIŞ KİMİ rumkaya arağ süzüb verir qadına qadın içməyi inkar edir Nərulla deyir onda yoldaşında sizin kimi içməyəydi güclə içirtməmişəmki?

orxan 2019-01-30 14:43:31

Nehrəmli məntiqi)))..

Qoca Molla 2019-01-30 14:43:31

Pahhh. Siz almayın ki verməsinlər də.

avam şofer 2019-01-30 14:43:31

Ayıb olsun bu millətə.Məsum məmurlarımızı rüşvətə cəlb edərək onların əxlaqlarını pozurlar.Əziz millətim,başa düşün bu məmur ordusu hamımızın qürur mənbəyidir,mənəviyyatımızdır,əxlaqımızdır.Onları məcburi qaydada yolundan çıxarmaqla biz özümüzə zərbə vururuq.Yalvarıram sizə bu məsum məmurlara yazığınız gəlsin.Onlar bizim də gələcək nəsillərimizin də aparıcı zümrəsidir.

Sahibkar 2019-01-30 14:43:31

Maraqlı təklifdir.BU necə ola bilir?Kim istər artıq xərc çəksin? Bu adamım təklifi onun düşüncəsinin yerində olmasına şübhə yaradır.Rüşvət nə zaman alınır və verilir? Əgər sizin əməkdaşlarınız qan çıxmayan yerdən qan çıxarmaq istəyirsə,müxtəlif bəhanələrlə vəzifə borclarını yerinə yetirməyərək sahibkarı incdirsə və rüşvət verməyə məcbur edirsə,sahibkar nə etsin.Həyasızdan həyasını qorumaq üçün tələb edilən rüşvəti verməyə məcbur olur.Guya bunu Mehdiyev bilmir? Bəs bu nə tələbdir?İşçilərini tərbiyələndir!

Bashirov Qarib 2019-01-30 14:43:31

,,Gömruk andına sadiq qalmadılar,, Bu nə anddır belə,ona and içirsən və bilmərrə ruşvətdən əl çəkirsən.Allah sizi guldursun.

pensiyaner 2019-01-30 14:43:31

menliyi,vicdani ,leyaqeti olani rusvete sevq etmek olmaz.kim serefsizdirse,leyaqetsizdirse o mesul vezifede olmamalidir.xalqini devletini seven insan hec vaxt nadrus yolla arvad usagini geyindirmez ve yedirtmez.haram pulla tikilen villadada can sagligi ile axira kimi emur surmek cox az adama qismet olur.

Ləyaqət 2019-01-30 14:43:31

Sən özün rüşvət almasan əməkdaşlar da almaz.

Son yazılar