Venesuelada fransız jurnalistlər saxlanılıb

Venesuelada fransız jurnalistlər saxlanılıb.

"Report" xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Mətbuat İşçilərinin Milli Həmkarlar İttifaqı "Twitter"də məlumat yayıb.

Bildirilir ki, hadisə Karakasda baş verib. Saxlanılanlar Fransanın telekanallarından biri üçün "Quotidien" proqramı üzərində işləyirmiş.

Mətbuat işçilərinin saxlanılma səbəbi barədə məlumat verilmir.

Daha əvvəl Venesuela Qurucu Assambleyasının sədri Diosdado Kabelyo Prezident Nikolas Maduronun tərəfdarlarını müxalifətin növbəti etiraz aksiyasının təyin olunduğu fevralın 2-də küçələrə çıxmağa səsləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar