Taleh Bağırzadəyə Qobustan həbsxanasında işgəncə verilir? - Rəsmi cavab

Əliməmməd Nuriyev: “Mütləq Qobustan həbsxanasına gedəcəyik”

Qobustan həbsxanasında cəza çəkən “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə ailəsi ilə telefon danışığında həbsxanadakı durumdan şikayətlənib. O, həbsxana rəhbərliyini ittiham edib. İlahiyyatçı həbsxanada onunla birgə cəza çəkən Cabbar Cabbarovun döyüldüyünü bildirib. T.Bağırzadə hətta məhbusu həbsxananın rəisi Aftandil Ağayevin şəxsən özünün döydüyünü söyləyib.

T.Bağırzadənin bu iddiaları ilə bağlı Qobustan həbsxanasının rəhbərliyinin və İnsan Haqları üzrə Müvəkkiliyin (Omdusman) mövqeyini öyrənə bilmədik.

Ədliyyə Nazirliyi Penitensiar Xidmət isə Qobustan həbsxanası ilə bağlı şikayətləri təkzib edir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Azadlıq Radiosuna bildirib ki, zaman keçdikcə, bu həbsxanada vəziyyət yaxşılığa doğru dəyişib.

Mehman Sadıqov ile ilgili görsel sonucu

Orada saxlanma rejiminin digər müəssisələrdən fərqləndiyini deyən M.Sadıqov bildirib ki, o qaydalar qanunvericiliklə tənzimlənir: "Qanunun tələblərinə də həm həbsxananın əməkdaşları əməl etməlidir, həm də məhkumlar. Orada heç kimin heç kimlə işi yoxdur, sadəcə, qayda-qanuna əməl etmək tələb olunur. Onlar qanuna uyğun şəkildə telefonla danışır, yaxınlarıyla, vəkilləri ilə də görüşürlər. Heç kimə də işgəncə verilmir. Sadəcə, özlərinə imtiyaz yaratmaq istəyənlər olanda biz imkan vermirik".

Ä°lgili resim

Ədliyyə Nazirliyinin yanında İctimai Komitənin və Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev musavat.com-a Qobustan həbsxanasına baş çəkəcəklərini bildirib: “Biz çalışırıq ki, bütün cəzaçəkmə müəssisələrinə baş çəkək. Bunu xüsusi bir plan əsasında həyata keçiririk. Qobustan həbsxanasına getmək planımız var. Bəzi müəssisələrə artıq baş çəkmişik. Bu proses davam edəcək. Baxış monitorinqini həyata keçirdiyimiz zaman kameralara xüsusi diqqət yetiririk. Ayrı-ayrı şəxslər varsa, onlarla görüşürük. Təbii ki, kim görüşmək istəyirsə, biz bunu edirik. Bütün bunlarla bağlı hesabatlarımızı hazırlayıb, Ədliyyə Nazirliyinə təqdim edirik. Onlar da bununla bağlı müvafiq addımlar atırlar. Bizim bütün müraciətlərimizə vaxtında cavab verirlər. Ona görə də, deyilənlərlə bağlı mütləq Qobustan həbsxanasına gedəcəyik. Amma onu qeyd edim ki, işgəncələrlə bağlı bizə müraciət daxil olmayıb. Şikayət də edilməyib, nə dediyiniz şəxsdən, nə də digərlərindən. Biz cəzaçəkmə müəssisələrinə baxış keçirirkən ayrı-ayrı məhbuslarla fərdi qaydada görüşürük. Bununla bağlı heç bir məlumat vermirik, cəzaçəkmə müəssisəsinin rəhbərliyinə. Çünki bu doğru olmaz. Məlumat verilsə, etimad aradan qalxa bilər. Məhbuslar görüşlərdə hərtərəfli bizə məlumatlarını, şikayətlərini çatdırırlar. İndiyə qədər bir çox araşdırmalar aparmışıq, doğru çıxanlar da olub, doğru olmayanlar da. Məsuliyyətə cəlb edilənlər belə olub. İşdən çıxarılanlar, vəzifəsi aşağı salınanlar olub. Son zamanlar şahidi olmamışam ki, kimsə işgəncələrlə bağlı bizə məlumat versin, biz də buna etinasız qalaq. Bütün hallarda biz hər kəsə diqqətlə yanaşırıq. Bəzi KİV-lərdə sadəcə bu cür məlumatlar yayılır ki, filan həbsxanada filan məhbusa qarşı qanunsuz hallar baş verib. Bəzən olur ki, həmin məhbuslarla görüşəndə belə məlumatlardan xəbərsiz olduğunu deyirlər. Amma bəzi hallarda doğru məlumatlar da olur. Bununla bağlı da dərhal tədbirlər görülür. Ədliyyə Nazirliyinin rəhbərliyi belə məsələlərə dərhal reaksiya verir və müvafiq addımını atır. Monitorinqlərimiz davam edir. Müraciətlər əsasında cəzaçəkmə müəssisələrinə təcili gedişlərimiz də olub”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar