Tramp Quaydonu "prezident vəzifəsinin icrasına başlaması" münasibətilə təbrik edib

Amerika lideri Donald Trampla özünü müvəqqəti prezident elan etmiş Venesuela Milli Məclisinin rəhbəri Xuan Quaydo arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə "ABC News" Ağ Evə istinadla məlumat yayıb.

"O, (Tramp -red) onu (Quaydonu-red) prezident vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, həmçinin yenidən Venesuelada demokratiyanın bərpası mübarizəsinə güclü dəstəyini təsdiq edib", - deyə Ağ Evin açıqlamasında bildirilir.

Qeyd edilir ki, Quaydo Trampın ABŞ-ın Venesuelanın çiçəklənməsi və azadlığına sədaqəti sözlərinə görə ona minnətdarlığını bildirib.

Quaydo həmçinin bütün Venesuelada bu gün və şənbə günü Maduroya qarşı keçirilməli olan iri miqyaslı etirazların əhəmiyyətini qeyd edib.

635x100

Şərhlər

Filosof 2019-01-30 22:48:11

Heyvanina wukur ya Rebb!!

Türk 2019-01-30 22:48:11

Vallah nəni qınamayın bu Trampın başı çatmır.

Son yazılar