"ƏN VACİB MƏSƏLƏ QALIR: MÜSTƏQİL MƏHKƏMƏ..." - Ekspertdən maraqlı şərh

Ölkədə bir çox sahələrdə, xüsusən vergi və gömrükdə həyata keçirilən islahatlar sahibkarlar üçün əlverişli mühitin formalaşdırılması istiqamətində, işgüzar mühitin sağlamlaşdırılması baxımından əhəmiyyətli addımlar olsa da, hələ də müəyyən ciddi problemlər qalmaqdadır.  Bunlardan ən ciddisi təbii ki, ölkədə məhkəmə sisteminə inamın olmamasıdır. "AzPolitika.info"nun məlumatına görə, iqtisadçı ekspert Rövşən Ağayev öz "facebook" səhifəsindən paylaşdığı yazıda bu problemə diqqəti cəlb edib. Həmin yazını təqdim edirik:

"Media təmsilçilərindən son zamanlar ən çox eşitdiyim sual dövlət orqanlarından ixtisarların, kadr yenilənmələrinin nə ilə nəticələnəcəyi ilə bağlıdır.

Praktik olsun deyə bu suala bir bənzətmə ilə cavab vermək olar: təsəvvür edin ki, neçə illərdi məhsulunuzu satıb pul qazanmaq üçün hər gün 10 km-lik bir yolu qət etməlisiniz və başqa alternativiniz yoxdu. İndiyədək bu yol çox bərbad olub, hər km-də sizi yoxlamaq üçün bir məmur postu qoyulub, sonuncu postu keçən kimi isə minalanmış bir ərazidən keçib mənzil başına çatmaqdan savayı alternativiniz olmayıb. Siz minalanmış əraziyə çatana qədər normalda 10 dəqiqə sərf edə bilərdiniz, amma daş-kəsəkli yol, postlarda yoxlamalar nəticəsində sizə 2 saat lazım olub.

Burdakı daşlı-kəsəkli yol və postları biznes üçün indiyə qədər mövcud olmuş əngəllər, minalanmış ərazini isə hüquq-mühafizə və məhkəmə orqanları kimi təsəvvür edin.

Hesab edək ki, bu yolu yaxşıca təmir etdilər, postları da götürüldü və siz 10 dəqiqəyə gedib sonuncu postu da keçdiniz.

Amma ən vacib məsələ yerində qalır - minalanmış ərazi.

İndi belə bir mənzərəni təsəvvür edin - inzibati manelər götürülüb, vergi-gömrükdə probleminiz əhəmiyyətli dərəcədə həll edilib, biznesini təşkil etmək üçün inzibati xərclər və zaman əhəmiyyətli dərəcədə azalıb. Siz də bunu nəzərə alaraq əlinizdəki 200 000 manatı sərmayə kimi yatırırsınız hansısa biznesi qurmağa.

Sizin mülkiyyət hüququnuza qəsd olsa, sizi bazardan sıxışdırıb çıxarmaq üçün ən müxtəlif şərləmə-böhtan mexanizmləri işə düşsə, hansı mexanizmlər vasitəsilə müdafiə olunacaqsınız?

Bütün dünyada bu mexanizm 3 M-dən ibarətdir - müstəqil məhkəmə, müstəqil media və müstəqil vətəndaş cəmiyyəti. Bu "M"lərdən hətta birinin yoxluğu belə sizin kapital;nızı, sərmayənizi təhlükə altında saxlayır. Baxın, görün "M"lərin neçəsi yerindədi... Sonra qalan nəticəni özünüz çıxarın..."

AzPolitika.info

 

635x100

Şərhlər

Vətən oğlu 2019-01-31 22:30:45

Elburus Məmmədov Zakatala rayon Məhkəməsinin sdəridir.....? Onun sayəsində Bacısı oğlu,"Topal Teymur" ləqəbli Dərya Şəki Rayon Məhkəməsində At oynadır, heç bir təhsili olmayan qaynı Mehman Şəki Apellyasiya Məhkəməsində At oynadır... təsərrüat müdiri işləyir..? "Kömür satan" ləqəbəli bacısı oğlu Şəki Qanköçürmə stansiyasının müdiridir, Qardaşı AMEA-nın Şəki filialının müdiridir.? Elburus Məmmədovun Şəkidə və yaxın rayonlarda sayı-hesabı bilinməyən obyektləri var ? Əvvəllər siqareti uşaqlardan alıb kəçirdi?

Müəllifə 2019-01-31 22:30:45

Rövşən bəy, tapılmayan şeyi axtarana nə deyilir? Bəs sən bilmirsən ki, məhkəmələrdə neçə nəfər hakim,məhkəmə sədri,icraçı və nazirlik işçiləri var? Onların hamısının bir kökə kökləndiyini də bilmirsən?O nlara göstəriş verənin də kim olduğundan xəbərin yoxdur? Məhkəmələrin necə keçdiindən də xəbərin yoxdur? İndi deyirsən məhkəmələr şəffaf olsun.Bu şəffaflığı nədə görürsən? Onların etdiklərini millətə açmalarınım,yoxsa tərəfsiz qanuni mühakimə aparmalaını? Bİrincini edə bilməzlər,ikincisini isə etməzlər.

yengibar 2019-01-31 22:30:45

ƏslindəƏ maraqlı məqalədir,sadəcə Azpolitika adını uyğunsuz qoyub deyə fikir verən yoxdur.Mən özüm də elə bildim təmas xəttindən yazılan mənasız (saqqız misalı) bir məqalədir.Oxuyanda gördüm başqadır. İnanmırsınızsa, adını dəyişin və reaksiyalara diqqət edin. Nə isə, bu parking dartışması ki var,üstünə bütün korrupsionerlər yığılıb."İskəndər ASA" parking adlıbirisi 271 nəfərlə gündəlik adambaşına 50 azn planla pul yığır. BNA, Vergilər NAzirliyi, Prokurorluq, Polis də onlarla şərik! Yoxsa, susardılarmı?

G M 2019-01-31 22:30:45

Hansı ölkələrdə ki Məhkəmə sistemi işləkdir.O ölkələrdə iqtisadi mühitdə sabitlikdir.Əhali rahat yaşayır,biznes inkişaf edir.Ancaq qabiliyətli işgüzar insanlar varlanırlar

Son yazılar