Qusarda evə basqın edən dəstəyə 17 il həbs cəzası verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində basqın etməkdə təqsirləndirilən Nadim Ağaxanov və Bəhruz Nurullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmə hökmü ilə N.Ağaxanov 9, B.Nurullayev isə 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həmin şəxslər 2015-ci ildən 2018-ci ilədək Qusar rayon ərazisində bir neçə quldurluq hadisəsi törədiblər.

N.Ağaxanov və tanışı, əvvəllər məhkum olunmuş B.Nurullayev 2018-ci ilin mart ayında maskalanaraq Qusar şəhər sakini Quliyev Bəhruz İskəndər oğluna məxsus evə qanunsuz daxil olub, bıçaqla ev sahibinə və ailə üzvlərinə hədə-qorxu gələrək, B.Quliyevi əlindən yaralayıblar. Həmin şəxslər evdən 500 manat pul və qızıl-zinət əşyaları aparıblar. N.Ağaxanov və B.Nurullayev digər cinayət hadisələri də törədiblər.

Onlar Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar