Ölkədə qızıl-gümüşün QİYMƏTİ bahalaşdı
Baxiş sayı:
Dərc olunub:
30/01/2019 - 23:47
Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Trend-in məlumatına görə, yanvarın 30-da qızılın qiyməti yanvarın 29-u ilə müqayisədə 16,5325 manat artaraq 1 unsiya üçün 2233,7405 manat təşkil edib.
Gümüş 0,3547 manat bahalaşaraq 1 unsiya üçün 27,1283 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 4,3945 manat artaraq 1389,92 manat, palladiumun qiyməti isə 27,914 manat artaraq 2287,299 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Son yazılar
11:17
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.