ELMAN RÜSTƏMOVDAN DOLLAR AÇIQLAMASI - “Boş-boş danışırlar”

Azərbaycanda dolların məzənnəsinin yenidən qalxacağı ilə bağlı yayılan xəbərlərə Mərkəzi Bankın sədri Elman Rüstəmov aydınlıq gətirib.

O, Unikal.org-a açıqlamasında bu cür xəbərləri şayiə adlandırıb: “Əsası olmayan boş-boş sözlər danışırlar. Bugünkü gündə dolların məzənnəsinin manata nisbətən bahalaşmasına heç bir əsas yoxdur. Bununla bağlı Mərkəzi Bankın da qərarları var. Ölkədə dolların bahalaşması ilə bağlı məsələ müzakirə olunmur. Azərbaycanda cari ilə bütün makroiqtisadi situasiya makroiqtisadi sabitlik üzərində qurulub”.

E.Rüstəmov Azərbaycan nefti dünya bazarında ucuzlaşsa belə, bunun dolların kursuna təsir etməyəcəyini də vurğulayıb: “Bütün bunlara görə, Mərkəzi Bank və hökumətin vahid planı var. Qeyd etdiyim kimi, makroiqtisadi situasiya nəzarət altındadır. 2017-2018-ci illərdə ölkədə makroiqtisadi sabitlik hökm sürüb. 2019-cu ildə də belə olacaq”.

635x100

Şərhlər

mahdi 2019-01-31 17:55:48

onun açıqlamalarının tam əksini qözləmək lazımdır.əmin ola bilərsiniz.iki dəfə bu afyoranı bizə fırlayıblar.

Vətəndaş 2019-01-31 17:55:48

Yeni süni Devalvasiya sadə kasıb əhali üçün daha da yoxsulaşmaya bahalaşmaya işsizliyə qaranlıq günlərə səbəb olacaq. Manatın qorunması üçün neft fondunda və başqa fondlarda pul çoxdur.Talanmış atılmış milyardları talançı məmurlardan zorla almaq, israfçılığa son qoymaq və əsas kütləni olacaq bu iqtisadi dəhşətdən qurtarmaq lazımdır.Həm də ki manatın keyfiyyətini itirməsi iqtisadiyyatın daha da pərən pərən düşməsinə səbəb olacaq.Yeni devalvasiya kim ağlına gətirsə bu millətə qarşı yeni qəsd və xəyanətdir

********* 2019-01-31 17:55:48

Sitat:....“2017-2018-ci illərdə ölkədə makroiqtisadi sabitlik hökm sürüb. 2019-cu ildə də belə olacaq”…..Venesueladakı böhranın dünya neft bazarına və neft ixracı ölkələrinə təsirləri barədə (səviyyəsi, müddəti, istiqamətləri və s.) dəqiq məlumatlarınız var ki, 2019-cu ilə belə əminliklə proqnozlar verirsiz???....))))))))

********* 2019-01-31 17:55:48

Sitat:…”Azərbaycanda cari ilə bütün makroiqtisadi situasiya makroiqtisadi sabitlik üzərində qurulub”…))))))))) demək istəyirsiz Azərbaycanda təhlükəsizlik yastığının belə yüksək etibarlıq səviyyəsi var, cənab sədr???...))))) Ya ölkədə Maliyyə Nazirliyi artıq Mərkəzi bankın tabeliyinə verilib/onunla səmərəli əlaqəli fəaliyyət göstərir???…)))) Bəlkə ölkə Parlamenti heç nədən/heç kimdən asılı olmayarq büdcə sistemi haqqında qanunun aliliyini qorumaq iqtidarındadır???....))))))) Makroiqtisadi sabitliyi poza biləcək situasiyaların hamısını qabaqcadan görmək və nəzarətdə saxlamaq mümkünsüzdür…. ələlxüsus ölkədəki iqtisadi situasiyaya xarici faktorların təsirinin mümkünlüyü və bu amillərin özünü necə gösətərəcəyini nəzərə alaraq…)))).

********* 2019-01-31 17:55:48

Sitat:….“E.Rüstəmov Azərbaycan nefti dünya bazarında ucuzlaşsa belə, bunun dolların kursuna təsir etməyəcəyini də vurğulayıb”…))))) yaxın müddətli perspektivə bəli, elədir, lakin ölkədə makro iqtisadi şərait dəyişir və mən deməzdim ki, əhəmiyyətli dərəcədə və müsbət istiqamətə. Təkcə iqtisadi artım göstəricisinə baxmaq yetərlidir (səviyyəsi və müəyyənləşdirici amilləri baxımından). Çoxda dərin omayan və orta müddətli (2-3 il müddətinə) maliyyə böhranı yetərlidir ki, (məsələn, neftin dünya bazar qiymətlərinin 40 doll. aşağı səviyyəsi) ölkə iqtisadiyyatı əhəmiyyətli silkələnsin və ABŞ doll. yenidən bahalaşsın. Belə çıxışlarınız yalnız əsassız arxayınçılıqlar yaradır…..

Son yazılar