"Venesuelanın demokratiyaya dinc yolla qayıdışının tərəfdarıyıq"

ABŞ Venesuelanın demokratiyaya dinc yolla qayıtmasına tərəfdar olsa da, buna nail olmaq üçün hər cür addımları məqbul sayır.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibinin Qərb yarımkürəsi işləri üzrə köməkçisi Kimberli Breyer telefon brifinqi zamanı bildirib.

“Bu böhranın dinc yolla aradan qaldırılmasını fəal şəkildə dəstəkləyirik. Eyni zamanda bütün variantlar məqbul olsa da, Venesuelada demokratiyaya dinc yolla qayıdışa ümidvar olduğumuzu aydın bildirmişik”, - deyə K.Breyer vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar